"Cəbiş müəllim"in qızı banka etiraz etdi - Bu reklama görə

"Cəbiş müəllim"in qızı banka etiraz etdi - Bu reklama görə"Bizim Cəbiş müəllim" filminin məşhur obrazından reklam çarxında istifadə edilib.

"Qafqazinfo" xəbər verir ki, "Rabitəbank" tərəfindən hazırlanan reklamda Cəbiş müəllim obrazı pul krediti şərtlərinin təqdimatını edir. Süni intellektlə hazırlanan videonun prosesi zamanı müəllif hüquqları ilə bağlı məsələlərin nəzərə alınmadığı bildirilir.

Məsələyə Cəbiş müəllim obrazı ilə tanınmış Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova da münasibət bildirib. O, "Bizim.media"ya açıqlamasında atasının yaratdığı unudulmaz obrazın bu şəkildə kommersiya məqsədləri üçün istifadəsini ürəkağrısı ilə qarşıladığını deyib. S.Ələsgərovanın sözlərinə görə, reklam çarxı hazırlanmazdan əvvəl "Rabitəbank" tərəfindən onlarla heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi ilə bağlı hər hansı razılıq alınmayıb: "Atam ömrünü aktyorluq sənətinə həsr etmiş bir sənətkar idi. Onun yaratdığı Cəbiş müəllim obrazı isə illər keçsə də, insanların yaddaşında yaşayır. "Bizim Cəbiş müəllim" də bizim milli sərvətimizdir. Belə bir əsərin və onun obrazlarının pul qazanmaq məqsədilə reklama çevrilməsi məni çox məyus etdi. "Rabitəbank"ın bu addımını pisləyirəm. Bu, təkcə müəllif hüquqları məsələsi deyil, həm də sənətkara və onun yaratdığı irsə münasibətdir".

Aktyorun qızı əlavə edib ki, belə hallarda müəlliflərin və onların hüquqi varislərinin razılığı alınmalı, milli-mədəni irsə daha həssas yanaşılmalıdır.

Qeyd edək ki, 1969-cu ildə müharibə-dram janrında çəkilən filmin rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi isə Maqsud İbrahimbəyov olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zümrüd Qasımovanın ailəsində ağır itki

Aktrisa Zümrüd Qasımovanın ailəsində ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktrisanın bacısının həyat yoldaşı dünyasını dəyişib. O, qəfil ürəktutmadan vəfat edib. "Səbuhi, çox tez ayrıldın bizdən. Heyif səndən. Yerin cənnət olsun" deyə, aktrisa paylaşımında bildirib

14:08 68
.

Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?

Son illərdə süni intellekt əsaslı platformalardan istifadə sürətlə artıb. İnsanlar bu sistemlərdən təkcə məlumat almaq üçün deyil, həm də şəxsi problemlərini bölüşmək, sənədlərini yoxlatdırmaq, hətta iş və maliyyə ilə bağlı məsləhətlər almaq üçün istifadə edirlər. Bu isə vacib bir sualı gündəmə gətirir

12:22 122
.

AzTU-da elektron diplomlar verilir - Rektor ilk diplomları imzaladı

İyulun 30-da Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb. "Qafqazinfo" xəbər verir ki, proses "Təhsil haqqında" Qanunun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tib

14:06 71
.

FT: Ukrayna Rusiyanın neft emalı gücünün 30%-dən çoxunu sıradan çıxarıb

Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr Rusiyanın faktiki neft emalı gücünün 30%-dən çoxunu, nominal gücünün isə təxminən 45%-ni sıradan çıxarıb. Bu barədə "Financial Times" peyk görüntüləri, istilik monitorinqi məlumatları və "Frontelligence Insight"

30.07.2026 241
.

Şirniyyat yemirsiniz? Bəs gizli şəkər qəbul etdiyinizi bilirsinizmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Bir çox insan düşünür ki, şirniyyat, tort və ya konfet yemədiyi üçün şəkərdən uzaqdır. Halbuki, gündəlik istifadə etdiyimiz bir çox qablaşdırılmış qida məhsulunun tərkibində "gizli şəkər" var. Ketçup, mayonez, hazır souslar, çörək, kolbasa, yoqurt, səhər yeməyi lopaları və hətta bəzi "fit"

11:04 162
.

Argentinada helikopter qəzası: 7 nəfər öldü

Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı "Bell 412" tipli helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətini

30.07.2026 255
.

Ölən iştirakçının qızının xərclərini öz üzərinə götürdü

TV 8-in rəhbəri Acun Ilıcalı növbəti addımı ilə gündəm olub. OLAY yazır ki, Acun ötən gün vəfat edən "Master Chef Türkiye" çempionu Eren Kaşıkçının qızı Mayanın bütün xərclərini öz üzərinə götürüb. Bu barədə Acun özü məlumat verib

11:03 201
.

ABŞ-da hindu tayfası 300 il sonra tarixi torpaqlarının bir hissəsini geri aldı

ABŞ-ın Virciniya ştatında yaşayan Pamanki hindu tayfası əsrlər əvvəl itirdiyi tarixi torpaqlarının bir hissəsini geri alıb. Bu, son illərdə ştatda öz tarixi ərazilərini geri satın alan üçüncü yerli tayfa olub. Qaynarinfo xəbər verir ki, "The Washington Post"un məlumatına görə, tayfa Windso

30.07.2026 271
.

Bəşəriyyətin ekoloji borc günü çatdı: Yer kürəsinin bu il üçün resursları tükəndi

İyulun 30-da bəşəriyyət Yer kürəsinin ekoloji borc gününə (Earth Overshoot Day) çatıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau"un məlumatına görə, bu tarixdən etibarən insanlar planetin bir il ərzində bərpa edə biləcəyindən daha çox təbii resurs istehlak etməyə başlayırlar. Vəziyyəti bank hesabındak

30.07.2026 251
.

TOP MP3