"İnsan həyatı üçün ciddi təhlükə var" - Həmin klinikada yoxlama

"İnsan həyatı üçün ciddi təhlükə var" - Həmin klinikada yoxlama"21-23 iyul tarixləri arasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Vital Hospital"da plandankənar yoxlama keçirilib. Yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib".

Bu barədə "Qafqazinfo"ya Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiyası və sterilizasiyası, dezinseksiya və deratizasiya tədbirlərinin, alətlərin sterilizasiyanın sanitariya norma və qaydalarının tələblərinə uyğun aparılmadığı, həmçinin "Lisenziyalar və İcazələr haqqında" Azərbaycan Respublikası Qanununun, 27-ci maddəsinin pozulması, lisenziyanın şərtlərinə riayət olunmaması aşkarlanıb.

"Bu sırada aşağıdakı qanun pozuntularını sadalamaq olar: müəssisədə ambulator xidmət üzrə "terapevtik", "kardioloji", "ginekoloji" işlər üzrə prosedur otaqları təşkil edilməyib. "Qastroenteroloji" işin sahələri qaydalara uyğunlaşdırılmayıb. "Nefroloji", "endokrinoloji", "revmatoloji", "neyrocərrahi", "üz-çənə cərrahi", "diyetoloji", "hematoloji", "dermatoloji", "psixiatrik", "otorinolarinqoloji", "plastik cərrahi", "ümumi cərrahi", "uroloji", "travmatoloji-ortopedik", "anestezioloji-reanimatoloji", "pediatrik", "rentgenoloji", "kompyuter tomoqrafiyası", "nüvə maqnit rezonansı" işlər üzrə otaqlar təşkil edilməyib. Pediatriya ixtisası üzrə pediatrik işi otağında peyvənd sahəsi yaradılıb. Kardioloq və ginekoloq həkimlərin qəbul otağı birgə təşkil olunub. Peyvənd sahəsində məişət tipli soyuducudan istifadə olunur. Biomateriallar ilə reagentlərin soyuducuda bir yerdə saxlanması aşkar edilib.

"Rentgenoloji" iş üzrə fəaliyyət aşkarlansa da, müəssisəyə dair "Xüsusi icazə" sənədinin müddətinin bitməsi müəyyən edilib. "Radioloji gigiyenik pasport" sənədi yoxlamaya təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq cavabdeh şəxs təyin olunmayıb, müvəqqəti saxlanılma otağı qaydalara uyğun təşkil edilməyib, iri konteynerlər açıq şəkildə, əlçatan yerdə, təhlükəsizlik qaydalarına riayət olunmadan saxlanılıb. Müəssisə daxilində tibbi tullantıların idarə olunması (çeşidlənməsi, toplanması) təsnifatı üzrə aparılmır, qarışdırılır, təhlükəsizlik qaydalarına riayət olunmur, kəsici və deşici tullantılar üçün karton sərt qutudan iynə ucunun çıxıntısı aşkar edilib", - məlumatda qeyd olunub.

Açıqlamada bildirilib ki, sadalananlar aşkar edilən qanun pozuntularının heç də hamısı deyil: "Belə ki, müəssisədə özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərini ixtisaslarına uyğun vəzifəyə təyin etmədiyi müəyyən edilib. Məsələn, ixtisasca "laborant"ın "baş tibb bacısı" vəzifəsinə təyin olunması aşkar olunub. "Şüa diaqnostika" ixtisaslı həkim "radioloq" vəzifəsinə təyin edilib. Bəzi şəxslərin əmək müqaviləsi yoxlamaya təqdim edilməyib.

Bundan əlavə, müəssisədə lisenziyadan kənar "kosmetoloji" iş və fəaliyyətin olması faktı aşkar edilib. Bu işi ixtisasca dermatoveneroloq həkim-mütəxəssisin icra etdiyi aşkarlanıb. Həmçinin, müəssisədə yararlılıq müddəti bitmiş dərman və tibb vasitələri aşkar edilib, dərman vasitələrinin saxlanılmasına dair tələblərə riayət olunmaması faktı üzə çıxıb.

Yuxarıda qeyd edilən hallar Qanunun 28.2.10-cu maddəsi əsas götürülərək müəssisənin fəaliyyətinin insan həyat və sağlamlığı üçün ciddi təhlükə daşıdığını sübut edir. Bu səbəbdən, "SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ" MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb və qeyd edilən nöqsanların 10 iş günündə aradan qaldırılması barədə sahibkara göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq addımlar atılacaq".

Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə

13:34 179
.

Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar

29.09.2026 218
.

İlham Əliyev xanımı ilə sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

13:33 132
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 258
.

4 Oktyabr - Cəbrayılın azad edildiyi gündür

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

10:12 158
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:47 118
.

Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir

1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya

10:17 167
.

Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb

Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin

10:10 146
.

Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd

11:14 150
.