Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir

Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirİyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Bu səfər iki ölkə arasında yaranmış sıx dostluğun, əməkdaşlığın, qardaşlığın nümunəsidir. Səfərin məqsədi hər iki ölkənin hər sahədə gələcək inkişafını daha yüksək səviyyəyə çatdırmaq, xalqların birliyini, dostluğunu daha da möhkəmləndirməkdir. Səfər çərçivəsində Çolpon-Ata şəhərində Prezidentlərin təkbətək görüşü baş tutub, iki dövlət başçılarının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Daha sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iki dövlət başçılarının iştirakı ilə mübadiləsi mərasimi olub. Dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıb, mətbuata bəyanatlarla çıxış ediblər.
Şuranın iclasında çıxış edən dövlətimizin başçısı ilk növbədə Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Prezident İlham Əliyev deyib: "Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər".
Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib. Dövlətimizin başçısı vurğulayıb: "Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi".
Qırğızıstan Prezidenti Sadır Japarov öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib ki, Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. "Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - deyə Japarov bildirib.
Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub: "Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".
Qeyd edilməlidir ki, bu il iyulun 1-nə Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. 1997-ci il avqustun 28-də iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb və qüvvədədir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
Azərbaycan son illərdə regionun ən cəlbedici investisiya məkanlarından birinə çevrilib. Qırğızıstan isə Mərkəzi Asiya bazarına çıxış imkanları və geniş kənd təsərrüfatı potensialı ilə Azərbaycan biznesi üçün maraqlı istiqamət hesab olunur. Qarşılıqlı investisiyaların artması həm iqtisadi əlaqələrin şaxələndirilməsinə, həm də özəl sektorun fəallığının yüksəlməsinə töhfə verəcək.
Diqqəti çəkən əsas məqamlardan biri qırğız tərəfinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirakına verilən yüksək qiymətdir. Xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisi iki ölkə arasında dostluq və həmrəyliyin praktik ifadəsi kimi dəyərləndirilir. Bu layihə təkcə sosial infrastrukturun inkişafına deyil, həm də qardaş ölkələrin xalqları arasında humanitar bağların daha da möhkəmlənməsinə xidmət edir.
Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisinin xüsusi qeyd olunması təkcə həyata keçirilən sosial layihəyə verilən qiymət deyil. Bu, eyni zamanda, Türk dünyasında qarşılıqlı həmrəyliyin və qardaşlığın real ifadəsi kimi dəyərləndirilir. Müasir standartlara uyğun inşa olunan məktəb bölgənin təhsil infrastrukturunun inkişafına mühüm töhfə verməklə yanaşı, iki xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsinin də rəmzinə çevrilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinə dost ölkələrin qoşulması həmin ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini də göstərir.
Beləliklə, bu gün iki ölkə arasındakı hər bir sahədə, istər mədəni, istər, ticari-iqtisadi, nəqliyyat, xalqlar arsındakı münasibətlərin inkişafı daha da sürətlənəcək və görülən işlər Azərbaycan və Qırğızıstan arsındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 230
.

42 il sonra sirr açıldı: Bülent Ersoyun əmizdirdiyi körpə kimdir?

Türkiyəli məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkildiyi "Acı çörək" filmində qucağına aldığı və ssenariyə uyğun olaraq əmizdirdiyi körpənin kimliyi illər sonra yenidən gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, həmin körpənin Serkan Eruysal olduğu məlum olub. O, böyüdükdə

29.09.2026 417
.

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"

11:44 173
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 164
.

Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara

10:07 168
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 164
.

Əxlaqın Örtüyü Olmaz

Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü

09:58 161
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:47 123
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 127
.