"Keçid ballarının artacağı gözlənilir"
"I ixtisas qrupu üzrə 600-dən yuxarı balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir. 500-600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər".
"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 400-500 bal aralığında da keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi proqnozlaşdırılır:
"Bunun əksinə olaraq, 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Çünki bu bal aralığında nəticə göstərən abituriyentlərin sayı artıb və bu da müsabiqə şəraitinə təsir göstərə bilər.
II ixtisas qrupu üzrə demək olar ki, bütün bal intervallarında keçid ballarında cüzi azalma proqnozlaşdırılır. Bu azalma əsasən 1-3 bal arasında dəyişə bilər. 300-400 bal intervalında isə keçid ballarının 12 bala qədər aşağı düşməsi mümkündür".
M.Abbaszadə əlavə edib ki, 200-300 bal aralığında vəziyyət fərqlidir. Bu intervalda nəticə göstərən abituriyentlərin sayı artdığı üçün müsabiqə güclənə bilər və nəticədə keçid ballarında 3-4 ballıq artım gözlənilir.
"III ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda balların 3-4 bal azalması mümkündür. Ancaq 500-600 bal intervalında nəticələr daha sıxdır və burada keçid ballarının 3-4 bal artacağı ehtimal edilir. Eyni zamanda 400-500, 300-400 və 200-300 bal intervallarında da keçid ballarının təxminən 1-8 bal artacağı proqnozlaşdırılır", - DİM sədri qeyd edib.
O əlavə edib ki, IV ixtisas qrupu üzrə müsabiqə vəziyyəti daha gərgindir: "Hazırda apellyasiya nəticələri açıqlanmasa da, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Buna görə də 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15-17 bala qədər artacağı gözlənilir. Məsələn, ötən il hər hansı bir ixtisasa 605 balla qəbul mümkün idisə, bu il həmin ixtisasa qəbul üçün daha yüksək bal tələb oluna bilər. 500-600 bal intervalında da keçid ballarında artım gözlənilir. Bununla yanaşı, 400-500 bal intervalında keçid ballarının ötən illə müqayisədə əsasən sabit qalacağı, 200-300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 843 Tarix: 31 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 179 Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar
29.09.2026 218 İlham Əliyev xanımı ilə sərgidə
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il
13:33 132 Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?
Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?
29.09.2026 258 4 Oktyabr - Cəbrayılın azad edildiyi gündür
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl
10:12 158 Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 118 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 167 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 146 Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd
11:14 150