Çində torpaq sürüşməsi: 51 nəfər öldü, itkin düşənlər var (VİDEO)
Çinin Çuntsin şəhərində baş verən iri torpaq sürüşməsi nəticəsində həlak olanların sayı rəsmi olaraq 51 nəfərə çatıb. Daha 10 nəfər isə itkin düşmüş hesab olunur.
Qaynarinfo "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu hadisə son 10 ildən artıq müddətdə ölkədə qeydə alınan ən faciəli torpaq sürüşməsi hesab edilir.
Məlumata əsasən, iyulun 17-də Penşuy qəzasında qaya parçaları və iri daşlar uçaraq Utszyan çayının sahilində yerləşən yaşayış evlərini dağıdıb və onlarla insan dağıntılar altında qalıb. Yerli hakimiyyət əvvəlki mətbuat konfransında bildirib ki, həmin gün səhər torpaq sürüşməsi təhlükəsinin əlamətləri aşkar edildikdən sonra təxminən 1 100 sakin təxliyə olunub.
Çin Prezidenti Si Szinpin axtarış-xilasetmə əməliyyatlarının sürətləndirilməsi, eləcə də oxşar faciələrin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinə çağırıb. Bu hadisə 2015-ci ildə Şensi əyaləti və Şençjen şəhərində baş vermiş iki böyük torpaq sürüşməsindən sonra ölkədə ən ağır faciə kimi qiymətləndirilir.
Yerli hakimiyyətin məlumatına görə, təxminən 18 min kubmetr həcmində qaya və torpaq kütləsinin dar ərazidə yığılması xilasetmə işlərini ciddi şəkildə çətinləşdirir.
Mütəxəssislər bildirirlər ki, bu hadisə Çinin cənub-qərb bölgələrinin yay yağışları mövsümündə üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Belə ki, uzunmüddətli intensiv yağıntılar dik yamacların dayanıqlığını zəiflədərək torpaq sürüşmələrinə və qəfil sel hadisələrinə səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 135 Tarix: 31 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyanın Dnepropetrovsk vilayətinə hücumunda ölən və yaralananlar var
Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbələr nəticəsində azı iki nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, hücumların əsas hədəflərindən biri Nikopo
14:34 156 AQTA-nın yeni etiketləmə qaydası istehlakçıya nə qazandıracaq? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süd və digər ağartı məhsullarının etiketlənməsi ilə bağlı yeni qaydaların tətbiqinə başlayır. Yeni yanaşmaya əsasən, indiyədək bazarlarda etiketsiz satılan məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, istehsalçı və digər vacib məlumatlar əks olunacaq
14:03 158 Ursula von der Leyen: Heç kimin qanunsuz Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik
Heç kimin qaydalarımıza əməl etmədən Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik. APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu barədə İspaniyanın Seuta anklavında yaranmış miqrasiya böhranı ilə bağlı "X" sosial şəbəkəsində paylaşımında açıqlama verib
22:00 1 Marketlərdəki endirimlər həqiqətən sərfəlidir, yoxsa alıcıları cəlb edən marketinq gedişi? - İQTİSADÇIDAN AÇIQLAMA
Marketlərdə demək olar ki, hər həftə "50 faizə qədər endirim", "1 alana 1 hədiyyə" və ya "yalnız bu gün" kimi kampaniyalara rast gəlmək mümkündür. Bu cür aksiyalar alıcıların diqqətini cəlb etsə də, bir çox hallarda endirimlərin həqiqətən sərfəli olub-olmaması ilə bağl
11:45 166 Xəzər dənizində 5 nəfər boğuldu
İranda 5 nəfər Xəzər dənizində boğulub. yerli telegram kanallarına istinadla bildirir ki, hadisə Ramsar şəhərinin Toskə çimərliyində qeydə alınıb. Məlumata görə, hava şəraiti ilə əlaqədar ərazidə üzgüçülüyün olmasına baxmayaraq, 7 gənc çimərliyə girib. Nəticədə onların hamısı batıb. Axtarış tədbirlər
19:45 1 Meşəyə insan gəlib... - Video
Oğuz rayonunun Calut kəndində yerləşən meşə əraziləri məişət tullantıları ilə çirkləndirilib. Bu şikayətlə "Qafqazinfo"ya kənd sakinləri müraciət edib. Şikayətçilər bildirib ki, illərdir davam edən problem nəticəsində meşə sahələrində irihəcmli zibilliklər yaranıb: "Bu, ətraf mühitə cidd
12:29 190 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb
Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının məhv edildiyini açıqlayıb. APA xəbər verir ki, bu barədə Küveyt ordusu "X" səhifəsində məlumat yayıb. Bildirilib ki, səhər saatlarında hava məkanını pozan PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfində
21:45 1 Sarsılmaz Azərbaycan-Qırğızıstan qardaşlığı
Azərbaycan və Qırğız xalqları min il əvvəllər də həmişə şad və çətin günlərimizdə bir-birimizin yanında olmuşuq. 1064-1067-ci illərdə türk dünyasının böyük sərkərdəsi Sultan Məhəmməd Alp Arslanın böyük ordu ilə iki dəfə Azərbaycana hərbi yürüş etməsi, Ani qalasında möhkəmlənmiş işğalçı Roma imperiyasını
15:45 132 Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?
Son illərdə süni intellekt əsaslı platformalardan istifadə sürətlə artıb. İnsanlar bu sistemlərdən təkcə məlumat almaq üçün deyil, həm də şəxsi problemlərini bölüşmək, sənədlərini yoxlatdırmaq, hətta iş və maliyyə ilə bağlı məsləhətlər almaq üçün istifadə edirlər. Bu isə vacib bir sualı gündəmə gətirir
12:22 161