"3783 manatı mənə ödəmək istəmirlər" - "VİVA-RİVA"dan şikayət
Bakının Xətai rayon sakini Vəfa Əhmədova işlədiyi şirkət tərəfindən əmək hüquqlarının kobudcasına pozulduğunu bildirir.
"Qafqazinfo"ya müraciət edən şikyətçi iddia edib ki, çalışdığı "VİVA RİVA" mebel salonu onu qanunsuz olaraq işdən çıxarıb və 3800 manata yaxın ödənişləri həyata keçirmir:
"Keçən ilin 8 avqust tarixindən bu ilin 8 iyul tarixinədək türkiyəli iş adamı Hakan Zenginə məxsus "VİVA RİVA" mebel salonunda satıcı vəzifəsində rəsmi və faktiki olaraq gecə-gündüz demədən çalışmışam. Əmək müqaviləmdə aylıq əməkhaqqım 400 manat nəzərdə tutulsa da, qarşılaşdığım mənzərə tam bir insafsızlıq və kölə istismarı idi. Bir il boyunca şənbə və bazar günləri də daxil olmaqla, heç bir istirahət günü görmədən işlədilmişəm. Lakin əmək qanunvericiliyinin tələb etdiyi istirahət günlərindəki işə görə əlavə ödənişlərin heç biri mənə ödənilməyib. Bundan başqa, işlədiyim müddətdə nəinki haqqım olan illik məzuniyyətdən istifadə etməyimə şərait yaradılıb, hətta halal zəhmətimlə qazandığım əməkhaqqını da tam şəkildə ala bilməmişəm. Son olaraq 08.07.2026-cı il tarixində heç bir hüquqi əsas, xəbərdarlıq və rəsmi əmr olmadan, sadəcə işəgötürənin şifahi təkəbbürü ilə qapıdan çölə atılmışam. Nə istifadə etmədiyim məzuniyyətin kompensasiyası, nə də son haqq-hesabım verilib. Baş vermiş qanunsuzluqlarla bağlı, 3 783 AZN məbləğində çatacaq vəsaitin işəgötürəndən tutulması üçün aidiyyəti qurumlara müraciət etmişəm. Lakin təəssüf ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu günə kimi bu inzibati xəta haqqında işə heç bir reaksiya vermir, prosesi uzadır. İşəgötürən Hakan Zengin açıq-aşkar bildirir ki, "Əmək Müfəttişliyi ilə münasibətləri çox yaxşıdır və ona bu haqsızlığa görə heç kim heç nə edə bilməz!". Xahiş edirəm, bu məsələyə aidiyyəti qurumlar aydınlıq gətirsin və tədbir görsünlər".
İttihamlarla əlaqədar Dövlət Əmək Müfəttişliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Vəfa Əhmədovanın əmək hüquqlarının pozulması ilə bağlı quruma 4 rəsmi müraciəti daxil olub: "Hazırda həmin müraciətlər əsasında Xidmət tərəfindən aidiyyəti üzrə araşdırma aparılır. Vətəndaşların bütün müraciətlərinə baxılması "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, müraciətlərə ən geci 15 iş günü müddətində baxılır. Əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğuların göndərilməsi zərurəti yarandıqda isə müraciətə baxılma müddəti vəzifəli şəxs tərəfindən ən çox 30 iş günü uzadıla bilər".
Məsələ ilə bağlı "VİVA RİVA" mebel salonunun da mövqeyini öyrəndik. Satış müdiri Ahmet Akdeniz saytımıza açıqlamasında bildirdi ki, V.Əhmədova ilk olaraq özü işdən çıxmaq istədiyini deyib: "Biz onun istəyini uyğun gördük və işdən çıxa biləcəyini söylədik. Bundan sonra Vəfa Əhmədova işdən çıxmağa dair ərizə təqdim etdi. Lakin bu ərizə mövcud vəziyyətə uyğun tərtib edilməmişdi. O, hazırda da rəsmi olaraq bizim əməkdaşımızdır. Həmçinin vətəndaşın iddia etdiyi kompenasasiya məbləği onun tələb etdiyi miqdarda deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 635 Tarix: 01 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 179 Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar
29.09.2026 218 İlham Əliyev xanımı ilə sərgidə
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il
13:33 132 Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?
Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?
29.09.2026 258 4 Oktyabr - Cəbrayılın azad edildiyi gündür
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl
10:12 158 Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 118 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 167 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 146 Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd
11:14 150