Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirir

Maka Boçorişvili: Orta Dəhliz Gürcüstanın strateji mövqeyini daha da möhkəmləndirirGürcüstanın xarici siyasəti beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə və ölkənin strateji rolunun gücləndirilməsinə yönəlib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili "Daily Chronicle" verilişində bildirib.

Nazirin sözlərinə görə, Mərkəzi Asiya və digər Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi hər hansı bir tərəfdaşın seçilməsi anlamına gəlmir.

"Bu, heç bir şəkildə seçim etmək və yalnız bir tərəfdaşa üstünlük verməklə bağlı deyil. Bugünkü dünyada, xüsusilə də mövcud geosiyasi şəraitdə yalnız bir tərəfdaşa diqqət yetirmək Gürcüstan üçün böyük səhv olardı. Gürcüstanın strateji məqsədləri Konstitusiyada əksini tapıb və bu məqsədlər, əksinə, maraqlarımızın olduğu bütün istiqamətlərdə tərəfdaşlığın inkişaf etdirilməsini tələb edir", - Boçorişvili deyib.

O bildirib ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara əsaslanır və ticarət-iqtisadi əlaqələrin, eləcə də regional bağlantıların inkişafı üçün mühüm imkanlar yaradır.

Nazirin sözlərinə görə, hazırkı geosiyasi şəraitdə bir çox Asiya ölkəsi Gürcüstanın strateji əhəmiyyətini daha aydın görür.

"Xüsusi diqqəti iqtisadiyyatı sürətlə inkişaf edən və bugünkü geosiyasi kontekstdə Gürcüstanın əhəmiyyətini dərk edən ölkələrə yönəltmək vacibdir", - o vurğulayıb.

Maka Boçorişvili qeyd edib ki, Gürcüstanın coğrafi mövqeyi və Orta Dəhlizin artan əhəmiyyəti ölkəyə beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək və regional nəqliyyat-logistika mərkəzi kimi rolunu möhkəmləndirmək üçün əlavə imkanlar yaradır.

"Xəritəyə baxmaq kifayətdir ki, Gürcüstanın müxtəlif regionlar üçün nə qədər mühüm rol oynadığı aydın olsun. Ətrafımızdakı mürəkkəb geosiyasi vəziyyətdə Orta Dəhlizin inkişafı və tərəfdaşlarımız arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - xarici işlər naziri bildirib.

Boçorişvilinin sözlərinə görə, Gürcüstanın xarici siyasətinin əsas istiqamətlərindən biri ölkənin siyasi və iqtisadi maraqlarının həyata keçirilməsi üçün böyük potensiala malik regionlarla əməkdaşlığın genişləndirilməsidir ki, bu da uzunmüddətli perspektivdə ölkənin beynəlxalq mövqeyinin, iqtisadi inkişafının və regional rolunun daha da möhkəmlənməsinə xidmət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 638   Tarix: 01 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama

Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb. -a istinadən xəbər verir ki, məsəl

29.09.2026 436
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 145
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 222
.

Qızıl bazarlarında son vəziyyət

Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)

29.09.2026 238
.

ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə

13:34 145
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 137
.

Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri

29.09.2026 252
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 306
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

13:06 149
.