Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçə biləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin sonunadək Qrenlandiyanın Vaşinqtonun nəzarəti altına keçə biləcəyini istisna etməyib.
Oxu.Az xəbər verir, ki Tramp bunu "Real America's Voice" telekanalına müsahibəsində deyib.
ABŞ lideri Qrenlandiyanın ABŞ üçün hələ də "xüsusi əhəmiyyət" daşıdığını vurğulayıb.
Xatırladaq ki, iyulun 8-də Donald Tramp Amerikanın Qrenlandiya ilə bağlı iddialarını bir daha gündəmə gətirmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen isə öz növbəsində rəsmi Kopenhagenin mövqeyinin dəyişməz qaldığını və adanın satılmadığını bəyan etmişdi.
Yanvarın 12-də isə respublikaçı konqresmen Rendi Fayn "Qrenlandiyanın anneksiyası (işğalı) və ona ABŞ ştatı statusunun verilməsi haqqında" qanun layihəsi irəli sürüb, bu layihə ABŞ Prezidenti Donald Trampa adanın işğalı və ya əldə edilməsi üçün addımlar atma səlahiyyətlərini və federal qanunvericiliyə lazımi dəyişikliklər barədə hesabatın hazırlanmasını nəzərdə tutur.
Avropada güc ssenarisinın NATO üçün nəticələri barədə xəbərdarlıqlar səslənib: müdafiə üzrə Avropa komissarı Andryus Kubilyus ABŞ-nin Qrenlandiyanı hərbi yolla ələ keçirməsinin faktiki olaraq alyansın sonu demək olacağını bəyan edib və təcavüz halında Avropa İttifaqının Danimarkaya dəstək olmaq barədə qarşılıqlı öhdəliklərini xatırladıb.
Rəsmi Vaşinqton cari ilin sonuna qədər Qrenlandiya üzərində tam nəzarəti təmin etmək niyyətindədir və artıq adanın satın alınması planını nəzərdən keçirir. Üstəlik, NBC telekanalının məlumatına görə, ABŞ bu məqsədlə sadəcə 700 milyard dollar xərcləməyə hazırdır, halbuki təkcə Qrenlandiyadakı faydalı qazıntı ehtiyatlarının dəyəri bu məbləğdən onlarla dəfə yüksək qiymətləndirilir. Avropa ölkələri bu prosesləri böyük narahatlıqla izləyirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 623 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 154 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 137 Qarabağın Yenidən İnteqrasiyası: Süni İntellektlə "Ağıllı" İnteqrasiya və İnkişaf İmkanları
"Dövlətimizin Qarabağ regionunun bərpa və inkişaf prosesində süni intellekt (Sİ) texnologiyalarından strateji şəkildə istifadə etməsi regionun yalnız yenidən qurulmasına deyil, gələcəkdə dünyanın ən müasir və "ağıllı" məkanlarından birinə çevrilməsinə imkan yarada bilər". Bunu BİG.AZ-
29.09.2026 315 ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 145 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 216 Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 81 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 222 42 il sonra sirr açıldı: Bülent Ersoyun əmizdirdiyi körpə kimdir?
Türkiyəli məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkildiyi "Acı çörək" filmində qucağına aldığı və ssenariyə uyğun olaraq əmizdirdiyi körpənin kimliyi illər sonra yenidən gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, həmin körpənin Serkan Eruysal olduğu məlum olub. O, böyüdükdə
29.09.2026 408 Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA
"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"
11:44 156