Sosial büdcədə REKORD: Maaş və pensiyalar artır? - İlin ikinci yarısında…
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosial istiqamətlərə yönəldilib. Əməkhaqları, pensiya və müavinətlər, dərman təminatı, icbari tibbi sığorta və digər sosial ödənişlərə ayrılan vəsait ötən illə müqayisədə təxminən 1 milyard manata yaxın artıb.
Bu artım yaxın aylarda maaş, pensiya və sosial müavinətlərin artırılmasına zəmin yarada bilərmi? İlin ikinci yarısında sosial ödənişlərlə bağlı yeni qərarlar gözlənilirmi?
Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib ki, dövlət hər zaman sosialyönümlü siyasət aparır:
"Belə ki, əhalinin gəlirlərinin inflyasiya təzyiqlərindən qorunması və mövcud iqtisadi şəraitin yarada biləcəyi problemlərin sosial ödənişlər vasitəsilə azaldılması istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə dövlət büdcəsində ayrılan vəsait hər il artırılıb. Bu da hökumətin əhalinin sosial müdafiəsini prioritet hesab etdiyini göstərir. Bu tədbirlərə sosial müavinətlərin və minimum əməkhaqqının artırılması, eləcə də fiskal siyasət çərçivəsində sosial xərclərin genişləndirilməsi daxildir. Bununla yanaşı, mövcud iqtisadi problemlərin həlli iqtisadi aktivliyin artırılmasından keçir. Sosialyönümlü büdcə dövlətin vətəndaşlarına qayğısının göstəricisi olsa da, onun ildən-ilə artması bu istiqamətdə ehtiyacın davam etdiyini göstərir. Arzuolunan odur ki, gələcəkdə sosial ayırmalara ehtiyac azalsın və bu, iqtisadi fəallığın yüksəlməsi hesabına təmin olunsun".
İqtisadçı bildirib ki, ötən illə müqayisədə sosial xərclərin 1 milyard manat artması büdcə gəlirlərinin də artırılmasını zəruri edir:
"Çünki sosial ödənişlər büdcədən maliyyələşdirildiyi üçün büdcənin formalaşması məqsədilə vergi daxilolmaları da artmalıdır. Yəni sosial ayırmaların genişlənməsi ilə vergi bazasının gücləndirilməsi paralel aparılmalıdır. Maaş və pensiyaların artırılması Prezidentin qərarı ilə, hökumətin maliyyə imkanları nəzərə alınmaqla həyata keçirilir. Hazırkı dəyişikliklər yalnız sosial müdafiə siyasətinin daha da gücləndirilməsinin göstəricisidir və bu, ilin ikinci yarısında maaş və pensiyaların mütləq artırılacağı anlamına gəlmir".
Ekspertin sözlərinə görə, mövcud xərclər, makroiqtisadi göstəricilər və ümumi iqtisadi vəziyyət minimum əməkhaqqının artırılmasını zəruri edir:
"AQC olaraq minimum əməkhaqqının 660 manat səviyyəsində müəyyən edilməsini təklif etmişik. Lakin hökumət bu məsələyə mərhələli şəkildə yanaşır və ayrılan vəsaitlərin artımı indeksləşdirmənin həyata keçirilməsinə imkan yarada bilər. Adətən inflyasiya səviyyəsinə uyğun olaraq pensiya, müavinət və əməkhaqları indeksləşdirilir. Hesab edirəm ki, uzunmüddətli perspektivdə iqtisadi aktivliyin artırılması, istehsalın genişləndirilməsi və ixracın təşviqi daha vacibdir. Azərbaycan xammal ixracından daha çox hazır məhsul istehsalına üstünlük verməli, həmin məhsulların xarici bazarlarda satışını genişləndirməklə dövlət büdcəsinin gəlirlərini artırmalıdır. Bu istiqamətdə hökumət müvafiq tədbirlər görür və onların zamanla öz bəhrəsini verəcəyi gözlənilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 796 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama
Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb. -a istinadən xəbər verir ki, məsəl
29.09.2026 436 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
13:47 145 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 222 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 238 ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 145 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 137 Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri
29.09.2026 252 Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29.09.2026 306 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
13:06 149