Azərbaycanda aşkarlanan çox sayda ilan görüntülərinə AYDINLIQ GƏTİRİLDİ
Ağdamda qazıntı işləri zamanı aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirilib.
Belə ki, Ağdamda eskavatorla qazıntı işləri aparılan zaman çox sayda ilanın aşkarlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülərdə ilanların gürzə olduğu iddia edilir.
Bəs ərazidə bu sayda ilanın bir araya gəlməsi nə ilə bağlıdır? Bu, normal haldırmı? İlanların öldürülmədən ərazidə qalması gələcəkdə onların sayının artmasına və yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaratmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Canlı Sistemlərin Tədqiqi İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərov Trend-ə bildirib ki, ilanların bu cür kütləvi şəkildə bir araya gəlməsi su ilanları üçün xarakterikdir. Onun sözlərinə görə, su ilanları çoxalma və cütləşmə dövründə belə qrup halında toplaşa bilirlər.
"Bu hal adətən dənizdəki adalarda və arxipelaqlarda müşahidə olunur. Ətraf ərazilərdə məskunlaşan su ilanları çoxalma vaxtı adada bir yerə toplaşırlar. Bəzən yüzə qədər və daha çox sayda ilan belə qrup halında bir araya gəlir.
Bu hadisə Ağdamda baş verib. Yəqin ki, yaxınlıqda su ərazisi var. Çoxalma və cütləşmə dövrü ilə əlaqədar olaraq belə bir kütləvi toplanma baş verib. Mənə elə gəlir ki, bunlar su ilanlarıdır. Cütləşmək üçün quruya çıxaraq partnyor axtarırlar", - deyə o bildirib.
T. İskəndərov qeyd edib ki, su ilanları yuxarıdan baxdıqda müxtəlif rəng və naxışlarda görünə bilirlər.
"Əslində, rəng və naxışları fərqli olsa da, bunlar su ilanlarıdır. Videoda ilanları yaxından və dəqiq görmək mümkün deyil, amma bu xüsusiyyət məhz su ilanlarına xasdır", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1121 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 154 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 137 Qarabağın Yenidən İnteqrasiyası: Süni İntellektlə "Ağıllı" İnteqrasiya və İnkişaf İmkanları
"Dövlətimizin Qarabağ regionunun bərpa və inkişaf prosesində süni intellekt (Sİ) texnologiyalarından strateji şəkildə istifadə etməsi regionun yalnız yenidən qurulmasına deyil, gələcəkdə dünyanın ən müasir və "ağıllı" məkanlarından birinə çevrilməsinə imkan yarada bilər". Bunu BİG.AZ-
29.09.2026 315 ABŞ-İran danışıqları dalana dirəndi - Müharibə riski yenidən artır
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Portalın məlumatına görə, tərəflər əsas məsələlərdə güzəştə getməyə hazır olmadığından danışıqlar dalana dirənib. Sentyabrın 28-də Qətə
13:34 145 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 216 Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 81 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 222 42 il sonra sirr açıldı: Bülent Ersoyun əmizdirdiyi körpə kimdir?
Türkiyəli məşhur müğənni Bülent Ersoyun 1984-cü ildə çəkildiyi "Acı çörək" filmində qucağına aldığı və ssenariyə uyğun olaraq əmizdirdiyi körpənin kimliyi illər sonra yenidən gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, həmin körpənin Serkan Eruysal olduğu məlum olub. O, böyüdükdə
29.09.2026 408 Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA
"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır"
11:44 156