AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"
"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi".
Oxu.Az xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.
Akademik bildirib ki, Nəriman Həsənzadə Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Hüseynov, Fikrət Qoca və Məmməd Araz kimi görkəmli ədiblərlə birlikdə Azərbaycan ədəbiyyatında yeni mərhələnin formalaşmasında mühüm rol oynayıb.
Onun sözlərinə görə, şair Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri arasında mənəvi və bədii körpü yaradıb.
İsa Həbibbəyli vurğulayıb ki, Nəriman Həsənzadə başdan-başa lirika hadisəsi idi:
"Onun yüzlərlə yaddaqalan, həzin və səmimi lirik şeirləri ilə yanaşı, nitqi də, danışığı da, təbiəti də lirika üzərində qurulmuşdu. Adama elə gəlirdi ki, Nəriman Həsənzadə yeriyən, yaşayan, hərəkətdə olan bir lirika abidəsidir".
O qeyd edib ki, Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatına mühüm yeniliklər gətirib:
"Ona qədər lirik və epik poemalar yazılsa da, dramatik poemanın ən mükəmməl nümunələrini ilk dəfə Azərbaycan ədəbiyyatına Nəriman Həsənzadə gətirib".
Akademik əlavə edib ki, şairin "Atabəylər" dramı Azərbaycan dramaturgiyasının ən dəyərli nümunələrindən biridir:
"Atabəylər" dramı mənə görə yalnız Səməd Vurğunun "Vaqif" və "Mənsur" tarixi dramları ilə müqayisə oluna biləcək mükəmməl sənət əsəridir".
İsa Həbibbəylinin sözlərinə görə, Nəriman Həsənzadə elmi fikrin inkişafına da mühüm töhfələr verib:
"O, Azərbaycan ədəbiyyatının öyrənilməsinə tədqiqatçı kimi də böyük xidmət göstərib, tarixi və elmi faktları bədii əsərə çevirməyin mükəmməl nümunələrini yaradıb".
Sonda AMEA prezidenti vurğulayıb ki, Nəriman Həsənzadə cismani olaraq bu dünyadan köçsə də, əsərləri ilə əbədiyyət qazanıb:
"Bu gün o, cismani olaraq aramızdan ayrılsa da, əsərləri ilə əbədi yaşamaq haqqını qazanıb".
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 101 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsmayıllıda zəncirvari avtoqəza baş verib, xəsarət alanlar var
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Volkswagen" və "VAZ1107" markalı avtomobillər toqquşub
01.08.2026 229 Maaş və pensiya kartları ilə bağlı YENİLİK - Sentyabrdan etibarən...
Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır. verir ki, bunu bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində bildirib. O, sentyabr-oktyabr aylarında maa
00:14 246 Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA
Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqli
00:21 372 2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda pensiya yaşına yaxınlaşan minlərlə vətəndaşı düşündürən əsas məsələlərdən biri də 2006-cı ildən əvvəlki əmək stajının gələcək pensiyanın hesablanmasına necə təsir etməsidir. Cəmiyyətdə həmin dövrdə fərdi pensiya hesabları olmadığı üçün iş stajının nəzərə alınmadığı ilə bağlı yanlış təsəvvürlə
00:09 237 İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər - FOTO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər. xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib
11:35 96 Küveytdə İran PUA-ları hökumət obyektinə hücum edib
Küveytin şimalında İrana məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində hökumət obyekti və Bubiyan adasında bir şirkətə məxsus mülki obyekt vurulub. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Küveyt Silahlı Qüvvələrinə istinadən məlumat yayıb. Qeyd olunu
01.08.2026 176 Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
Mərakeşdə on minlərlə insanın İspaniyanın Seuta anklavı istiqamətində sərhədi qanunsuz keçməsindən sonra baş verən və ən azı 61 nəfərin ölümü ilə nəticələnən zorakılıq hərəkətlərində iştirakda şübhəli bilinən 70 nəfər saxlanılıb. "Report" xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadə
10:15 115 Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub
Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ
11:57 17 SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkan saat 15:31-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.6, ocağının dərinliyi isə 24 kilometr olub. Məlumata görə
01.08.2026 440