Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur.
"Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır.
Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur:
-Yalnız xilasedicilərin xidmət göstərdiyi və çimməyə icazə verilən çimərliklərdən istifadə edin.
-Qadağanedici nişanların olduğu və nəzarətsiz ərazilərdə dənizə girməyin.
-Küləkli və dalğalı hava şəraitində suya daxil olmayın.
-Spirtli içki qəbul etdikdən sonra çimməyin.
-Dərinliyi bilinməyən yerlərdə suya başüstü tullanmayın.
-Uşaqları su kənarında bir an belə nəzarətsiz qoymayın.
-Təkbaşına və gecə saatlarında çimməkdən çəkinin.
-Öz üzgüçülük bacarığınızı olduğundan artıq qiymətləndirməyin.
Güclü cərəyana düşsəniz nə etməlisiniz?
Əgər dənizdə güclü axın sizi sahildən uzaqlaşdırırsa, panikaya düşməyin. Birbaşa sahilə doğru bütün gücünüzlə üzmək əvəzinə, əvvəlcə sahilə paralel istiqamətdə hərəkət edərək cərəyandan çıxmağa çalışın. Bundan sonra diaqonal şəkildə sahilə yönəlin. Yorulduğunuzu hiss etsəniz, suyun üzərində qalmağa çalışın və kömək çağırın.
Boğulan şəxsi necə xilas etmək olar?
Boğulan şəxsi xilas etmək istəyən insanlar da ehtiyatlı olmalıdır. Üzgüçülük bacarığınız kifayət qədər deyilsə, suya tullanmaq həyatınızı təhlükəyə ata bilər.
Belə hallarda dərhal FHN-in "112" qaynar xəttinə məlumat verin, boğulana xilasedici halqa, ip və ya suyun üzərində qala biləcəyi hər hansı üzən əşya atın.
Dənizdə təhlükəsizlik qaydalarına əməl etmək yüzlərlə insanın həyatını xilas edə bilər.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çimərlik mövsümü başlayandan bəri nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (dünən günorta saatlarında verilən son statistikaya əsasən)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 898 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29.09.2026 284 Yeni virus aşkarlandı - Bu əlamətlərlə özünü göstərir
Çində alimlər əvvəllər məlum olmayan, gənə dişləməsi ilə yayılan yeni virus aşkarlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Asiya uzunbuynuzlu gənə nairovirusu" (ALTNV) adlandırılan virusun qızdırma, güclü yorğunluq və həzm sistemi problemləri ilə müşayiət olunan qripəbənzər xəstəliy
29.09.2026 390 Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar
29.09.2026 205 COVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 328 Rosatom rəhbəri Metsamor AES-in ilk ümumi sxemini Paşinyana təqdim edib
Rosatom-un baş direktoru Aleksey Lixaçev Metsamor Atom Elektrik Stansiyasının (AES) ilk ümumi sxeminin orijinalını Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyini açıqlayıb. xəbər verir ki, Lixaçevin sözləri "Sputnik Near Abroad"ın "Telegram" kanalında dərc olunub. "B
10:59 92 Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri
29.09.2026 248 İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 223 "Açığı, gəzə bilmirəm..." - Abid Şərifov
"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer
29.09.2026 288 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 210