Siyasi ekspert: İranın ABŞ və İsraillə Ukraynaya qarşı eyni cəbhədə olması real görünmür
"İranın son bəyanatları göstərir ki, Yaxın Şərqdəki qarşıdurma artıq tədricən Avrasiya geosiyasi məkanına da sirayət edir. Ukraynanın İranın hərbi-logistika maraqlarına toxunan addımları və Qərblə hərbi-texnoloji əməkdaşlığı Tehranda ciddi narahatlıq doğurur. Buna görə də İranın sərt ritorikaya üstünlük verməsi gözlənilən idi.
Lakin burada mühüm məqam ondan ibarətdir ki, İranın ABŞ və İsraillə birlikdə Ukraynaya qarşı müharibəyə başlaması siyasi və strateji baxımdan inandırıcı ssenari deyil. Bu üç dövlət arasında fundamental ziddiyyətlər mövcuddur. ABŞ və İsrail İranı regionda əsas təhlükəsizlik çağırışlarından biri hesab edir, İran isə həmin dövlətləri öz milli təhlükəsizliyinə ən böyük təhdid kimi qiymətləndirir. Belə bir şəraitdə ortaq hərbi ittifaqın yaranması praktik olaraq mümkün görünmür.
Daha real ehtimal ondan ibarətdir ki, İran Ukraynaya qarşı siyasi, diplomatik, kəşfiyyat və ya məhdud hərbi xarakterli cavab variantlarını nəzərdən keçirsin. Bununla yanaşı, Tehran çalışacaq ki, qarşıdurmanı genişmiqyaslı beynəlxalq müharibəyə çevirməsin. Çünki İran eyni vaxtda həm daxili iqtisadi çətinliklər, həm regional təhlükəsizlik problemləri, həm də Qərblə münasibətlər fonunda yeni cəbhə açmağın ağır nəticələrini yaxşı anlayır."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi artıq qlobal güclərin maraqlarının toqquşduğu platformaya çevrilib. Bu münaqişəyə yeni dövlətlərin birbaşa hərbi şəkildə qoşulması beynəlxalq təhlükəsizlik sistemini daha da sarsıda və regional müharibələri qlobal böhrana çevirə bilər.
"Düşünürəm ki, İranın Ukraynaya qarşı sərt bəyanatları psixoloji və siyasi təzyiq elementi kimi qiymətləndirilə bilər. Lakin İranın ABŞ və İsraillə eyni cəbhədə Ukraynaya qarşı müharibə aparacağı ehtimalı son dərəcə aşağıdır. Hazırkı mərhələdə daha çox qarşılıqlı təhdidlər, məhdud cavab addımları və diplomatik təzyiq vasitələrinin şahidi olacağıq. Əsas məsələ isə ondan ibarətdir ki, Yaxın Şərqdə baş verən hadisələr artıq Avropa təhlükəsizlik mühitinə birbaşa təsir göstərir və bu proses yaxın dövrdə beynəlxalq münasibətlərin əsas gündəmlərindən biri olaraq qalacaq."-deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 674 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı - Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan dövlət başçısı İlham Əliyev bu gün FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. "Qafqazinfo"nun məlumatına görə, görüş zamanı yaddaqalan anlar yaşanıb. Belə ki, Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib. Hədiyyələr arasınd
29.09.2026 308 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 98 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 395 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 199 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 204 COVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 322 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 89 Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər
ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri
29.09.2026 325 Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü
Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır
29.09.2026 250