Mənzil bazarında təhlükəli siqnal: İpoteka resursları tükənir

Mənzil bazarında təhlükəli siqnal: İpoteka resursları tükənir"İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin azalması təsadüfi hal deyil. Bu tendensiya həm maliyyələşmə imkanlarının daraldığını, həm də mənzil bazarında əlçatanlıq probleminin daha da dərinləşdiyini göstərən ciddi siqnaldır".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, bu vəziyyətin bir neçə əsas səbəbi var. İlk növbədə, son illərdə mənzil qiymətləri əhalinin gəlirlərindən daha sürətlə artıb. Əməkhaqqı artımı ilə mənzil qiymətlərinin yüksəlişi arasında ciddi uyğunsuzluq yaranıb. Nəticədə ipoteka hesabına ev almaq istəyən insanların böyük hissəsi ilkin ödənişi toplamaq və aylıq ödənişləri qarşılamaq imkanını itirir. Sadə bir müqayisə kifayətdir: Azərbaycanda mənzilin bir kvadratmetrinin qiyməti orta aylıq əməkhaqqından iki-üç dəfə yüksəkdirsə, mənzil əlçatanlığından danışmaq çətinləşir:

"İkinci mühüm səbəb Fondun maliyyə imkanlarının zəifləməsidir. Yenidən maliyyələşdirilən kreditlərin həcminin təxminən 40 faiz, istiqraz buraxılışı hesabına cəlb olunan vəsaitlərin isə yenə təxminən 40 faiz azalması göstərir ki, ipoteka bazarına əvvəlki illərlə müqayisədə daha az resurs daxil olur. Resursların azalması isə verilən kreditlərin sayına və həcminə birbaşa təsir göstərir.

Ən ciddi problem isə ondan ibarətdir ki, Azərbaycanda mövcud ipoteka sistemi bazarın real tələbatını qarşılamır. Minlərlə ailə illərlə növbədə qalır, gənclər isə yüksək mənzil qiymətləri səbəbindən ev sahibi olmaq imkanını itirirlər. Mənzil sosial ehtiyac olmaqdan çıxaraq getdikcə daha çox əlçatmaz maliyyə məhsuluna çevrilir.

İpoteka və Kredit Zəmanət Fondunun rəsmi məlumatlarına nəzər saldıqda görünür ki, fəaliyyət göstərdiyi müddət ərzində Fond tərəfindən verilmiş güzəştli ipoteka kreditlərinin sayı təxminən 59 min təşkil edir. Bu rəqəm ölkə əhalisinin hətta 1 faizinə belə bərabər deyil. Bu isə onu göstərir ki, sistemin effektivliyi ilə bağlı ciddi suallar mövcuddur və problem artıq xroniki xarakter almağa başlayıb.

Bu prosesin mənzil bazarına təsirinə gəldikdə isə, qısamüddətli dövrdə ipoteka hesabına mənzil alanların sayının azalacağı gözlənilir. Lakin bu, mənzil qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşacağı anlamına gəlmir. Çünki Azərbaycanda mənzil bazarının əsas problemi tələbin yüksək olması deyil, təklifin məhdudluğu, tikinti xərclərinin artması və bazarda kifayət qədər rəqabətin olmamasıdır.

Əgər mənzil təklifi artırılmasa, rəqabətli tikinti mühiti formalaşdırılmasa və əhalinin gəlirləri yüksəlməsə, ipoteka kreditlərinin azalması qiymətlərin ciddi şəkildə enməsinə səbəb olmayacaq. Sadəcə olaraq, ev ala bilən insanların sayı daha da azalacaq.

Ən narahatedici məqam isə ondan ibarətdir ki, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, İpoteka və Kredit Zəmanət Fondu mənzil əlçatanlığı problemini sistemli şəkildə həll edə bilməyib. Fond vasitəsilə ev sahibi olanların sayı ölkənin ümumi əhalisi ilə müqayisədə çox kiçikdir. Bu isə mövcud modelin geniş əhali kütləsinin ehtiyaclarını ödəmədiyini göstərir.

Əslində mənzil siyasətinin əsas məqsədi statistik göstəriciləri yaxşılaşdırmaq deyil, gənc ailələrin və orta gəlirli vətəndaşların real şəkildə ev sahibi olmasını təmin etmək olmalıdır. Əgər hər il ipoteka resursları azalır, mənzil qiymətləri isə artmaqda davam edirsə, deməli problem təkcə maliyyələşmədə deyil, bütövlükdə mənzil siyasətinin özündədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı - Fotolar

Xəbər verdiyimiz kimi, Azərbaycan dövlət başçısı İlham Əliyev bu gün FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. "Qafqazinfo"nun məlumatına görə, görüş zamanı yaddaqalan anlar yaşanıb. Belə ki, Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib. Hədiyyələr arasınd

29.09.2026 308
.

Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir

1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya

10:17 98
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 395
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 199
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 204
.

COVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?

Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər

29.09.2026 322
.

Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb

Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin

10:10 89
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 325
.

Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır

29.09.2026 250
.