Əmlak bazarında qiymətlər niyə ucuzlaşmır? Ekspertdən təhlil
"Əmlak bazarında rəqabətin zəifləməsinin əsas səbəblərindən biri mənzil təklifinin tələblə eyni tempdə artmamasıdır. Son illərdə tikinti materiallarının bahalaşması, torpaq qiymətlərinin yüksəlməsi, şəhərsalma tələblərinin sərtləşdirilməsi və yeni layihələrin icrasında yaranan məhdudiyyətlər bazarda təklifin artımını ləngidib. Bununla yanaşı, iri tikinti şirkətlərinin bazarda üstün mövqeyə malik olması da rəqabət mühitinin zəifləməsinə təsir göstərir. Nəticədə alıcıların seçim imkanları məhdudlaşır, mənzil qiymətləri isə yüksək səviyyədə qalmağa davam edir".
Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki, digər mühüm amil əhalinin gəlirlərinin mənzil qiymətləri ilə müqayisədə daha yavaş artmasıdır. Bu, alıcılıq qabiliyyətini zəiflədir və bazarda mənzil əldə etməyi çətinləşdirir. Satışların həcmi müəyyən qədər azalsa da, təklifin məhdud olması qiymətlərin ciddi şəkildə ucuzlaşmasına imkan vermir:
"İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin həcminin azalması da daşınmaz əmlak bazarına birbaşa təsir göstərən amillərdəndir. Güzəştli və uzunmüddətli maliyyələşmə imkanlarının məhdudlaşması xüsusilə ilk dəfə mənzil almaq istəyən və orta gəlirli ailələrin bazara çıxışını çətinləşdirir. Nəticədə ipoteka hesabına formalaşan tələb zəifləyir və alqı-satqı əməliyyatlarının sayında azalma müşahidə oluna bilər.
Lakin ipoteka kreditlərinin azalması qısamüddətli perspektivdə mənzil qiymətlərinin kəskin ucuzlaşacağı anlamına gəlmir. Bunun əsas səbəbi bazarda yeni mənzil təklifinin kifayət qədər artmaması, tikinti xərclərinin yüksək olaraq qalması və mənzilə olan tələbin davam etməsidir. Əgər ipoteka kreditləşməsində azalma uzunmüddətli xarakter alarsa və eyni zamanda yeni tikililərin sayı artmasa, bazarda durğunluq yarana, alqı-satqı əməliyyatlarının həcmi daha da azala və qiymət artımının tempi zəifləyə bilər. Bununla belə, mövcud şərtlər daxilində qiymətlərin kəskin enməsi ehtimalı hələ də aşağı qiymətləndirilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 355 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKoreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb
Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın fərqli bölgələrindəki müharibələri
19:20 136 Bu gündən metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb
"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. BİG.AZ xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni"
10:18 242 İmişlidə ağır qəza - Ölən var
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Tural Xəlilovun idarə etdiyi "VAZ"
13:48 198 Leysan, güclü külək - Faktiki hava
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusard
12:48 205 9 marşrutun hərəkəti dəyişdirildi
Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirili
16:10 174 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Bakıda 2, 10, 20 və 88A nömrəli marşrutların bəzi aralıq dayanacaq məntəqələrinin yeri dəyişdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dəyişiklik M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsi
22:44 78 Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər
Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə
14.08.2026 351 Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları
19:30 134 Ən çox ət, süd və yumurta istehsal edən rayonlar
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə
14.08.2026 302