Rəqəmlərin arxasında qalan reallıq: Azərbaycan təhsilinin əsas problemləri
"Hər tədris ilinin sonunda təhsil sahəsi ilə bağlı rəsmi hesabatlar təqdim edilir, müxtəlif statistik göstəricilər açıqlanır və əldə olunan nəticələr ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan təhsilində illərdir mövcud olan problemlərin aradan qaldırılmadığı, əksinə, bir çox istiqamətdə daha da dərinləşdiyi barədə cəmiyyətdə narahatlıq davam edir. Təhsil kimi strateji sahədə əsas diqqətin elmi-metodiki yeniliklərə, keyfiyyətli dərsliklərin hazırlanmasına, müəllim hazırlığının gücləndirilməsinə və effektiv idarəetməyə yönəldilməsi gözlənildiyi halda, ictimai müzakirələrdə daha çox ictimaiyyətlə əlaqələr xarakterli tədbirlərin ön plana çıxması tənqid olunur".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, təhsil sahəsində əsas prioritet sistemli islahatlar və keyfiyyət göstəricilərinin yüksəldilməsi olmalıdır. Sosial şəbəkələrdə geniş yayılan görüntülər və ictimai tədbirlər müəyyən mənada müsbət imic formalaşdırsa da, məktəblərdə mövcud problemləri, tədrisin keyfiyyəti ilə bağlı narahatlıqları və idarəetmədəki çatışmazlıqları aradan qaldırmır:
"Nazirliyin kadr siyasəti də son dövrlərdə geniş müzakirə olunan məsələlərdəndir. Xüsusilə, əvvəllər məsul vəzifəyə təyin edilmiş şəxslərdən biri barədə sonradan cinayət işi üzrə ittihamların irəli sürülməsi və vəzifədən uzaqlaşdırılması kadr seçim mexanizmlərinin effektivliyi ilə bağlı suallar doğurub. Bu cür hadisələr dövlət qurumlarında təyinat prosesinin daha şəffaf, peşəkarlıq və etibarlılıq prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini bir daha gündəmə gətirir.
Kadr siyasətində yol verilən səhvlər yalnız idarəetmə səviyyəsində deyil, bütövlükdə təhsil sisteminə ictimai etimada da təsir göstərir. Məhz buna görə də təhsil sahəsində həyata keçiriləcək islahatlar yalnız infrastruktur və proqram yenilikləri ilə məhdudlaşmamalı, eyni zamanda peşəkar, dürüst və məsuliyyətli kadrların seçilməsi, şəffaf idarəetmə mexanizmlərinin qurulması və hesabatlılığın artırılması istiqamətində də davam etdirilməlidir.
Azərbaycan təhsilinin inkişafı üçün əsas məqsəd statistik göstəricilərdən daha çox keyfiyyətə, milli dəyərlərə söykənən təhsil modelinin formalaşdırılması, elmi dürüstlüyün qorunması və cəmiyyətin etimadını gücləndirəcək davamlı islahatların həyata keçirilməsi olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 679 Tarix: 06 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı - Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan dövlət başçısı İlham Əliyev bu gün FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. "Qafqazinfo"nun məlumatına görə, görüş zamanı yaddaqalan anlar yaşanıb. Belə ki, Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib. Hədiyyələr arasınd
29.09.2026 308 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 98 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 395 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 199 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 204 COVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?
Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər
29.09.2026 322 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 89 Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər
ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri
29.09.2026 325 Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü
Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır
29.09.2026 250