Məşhur müğənni Rusiyaya qarşı döyüşməyə hazırdır

Məşhur müğənni Rusiyaya qarşı döyüşməyə hazırdırLatviyalı müğənni Layma Vaykule Rusiya ilə Latviya arasında mümkün hərbi münaqişə baş verəcəyi təqdirdə silaha sarılmağa hazır olduğunu bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, müsahibə zamanı jurnalistlər Vaykuledən "Rusiya Latviyaya hücum etsə, nə edərdiniz?" sualını ünvanlayıblar. Müğənni buna "Avtomat götürərəm", cavabını verib.

Bununla yanaşı, o, münaqişənin baş verməyəcəyinə inandığını da vurğulayıb. Vaykule özünü optimist adlandıraraq hər zaman hadisələrə müsbət yanaşdığını söyləyib.

Müğənninin sözlərinə ilk reaksiya verənlərdən biri musiqi prodüseri İosif Priqojin olub. O, bildirib ki, Vaykule əvvəllər siyasi mövqeyi ilə seçilməyib və bu açıqlama onun üçün gözlənilməz olub.

Priqojin deyib ki, Vaykule hər zaman nümunə göstərilən, zövqlü və hörmət edilən sənətçi olub, lakin son açıqlaması ilə razılaşmır. Onun sözlərinə görə, insanların böyük əksəriyyəti müharibə deyil, sülh istəyir. Prodüser həmçinin qeyd edib ki, Vaykule bu gün Latviyanı təmsil etsə də, geniş şöhrəti hələ Sovet İttifaqı dövründə qazanıb.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev də müğənninin fikirlərini tənqid edib. O bildirib ki, bəzi tanınmış mədəniyyət nümayəndələri Rusiyanı tərk etdikdən sonra daha sərt siyasi bəyanatlar səsləndirməyə başlayırlar. Deputatın sözlərinə görə, əvvəllər sevgi və xoşbəxtlik haqqında mahnılar oxuyan sənətçilərin sonrakı çıxışları tamamilə fərqli məzmun daşıyır.

Bu açıqlamaların fonunda Vaykuleyə məxsus Yurmala şəhərindəki malikanənin satışı ilə bağlı yeni məlumatlar da yayılıb. Mash "Telegram" kanalının iddiasına görə, təxminən 500 kvadratmetrlik ev uzun illərdir satışdadır. Əvvəlcə 5 milyon avroya qiymətləndirilən malikanənin qiyməti sonradan 4,8 milyon avroya endirilib. Bildirilir ki, danışıqlar zamanı qiymətin 4 milyon avroya qədər düşməsi, təcili satış halında isə əlavə endirim edilməsi mümkündür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 103   Tarix: 06 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 369
.

Bu gün çimərliyə getmək istəyənlər əvvəlcə bunu oxusun

Küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliy

12:28 173
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

16:43 186
.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək - Tarix açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək. BİG.AZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 sayl

17:40 100
.

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?

Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans

14:55 169
.

Tahir Kərimlinin şəhid anası olan bacısı vəfat etdi

Sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib. -a istinadən xəbər verir ki, T.Kərimlinin bacısı Saabxanım uzunsürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün Şamaxı şəhər qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, mərhum həm də şəhid anası olub. Onun oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlə

14:38 218
.

Aydan Axundovadan sevgi paylaşımı

Aktrisa Aydan Axundova sevgi ilə bağlı paylaşımıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sevginin çətin günlərdə özünü göstərdiyini vurğulayan fikirlər yazıb. "Dünya qədər qoca bir sevgi elmi var. Sevgi zəngin, sağlam və xoşbəxt günlərdə yox, yalın, yavan, naxo

12:15 242
.

Anası öldü, dəfn yox, toy mərasimi keçirdi

ABŞ-da Şavanda Stiverson adlı qadın anasının son arzusunu yerinə yetirərək ənənəvi dəfn mərasimi əvəzinə simvolik toy təşkil edib. xarici mediaya istinadla xəbər verir ki, qadının anası Delfiya Uilson sağlığında dəfn mərasimlərini sevmədiyini bildirib və ölümündən sonra onun şərəfinə matəm deyil, bayra

18:30 55
.

Rusiyalı turistlərə qarşı rəftar iddiaları Gürcüstanda cinayət işi ilə nəticələndi

Gürcüstanda rusiyalı turistlərə qarşı qeyri-adekvat rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar üzrə cinayət işi açılıb. xəbər verir ki, bu barədə RİA Novosti Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumat yayıb. Məlumata görə, böhtan xarakterli informasiya kampaniyas

10:34 168
.

TOP MP3