Bağlanan universitetin müəllimləri narazıdır - İşsiz qalıblar-Video

Bağlanan universitetin müəllimləri narazıdır - İşsiz qalıblar-VideoBakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.

"Qafqazinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, universitetdə oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimlərə, eləcə də texniki işçilərə şamil edilməyib.

Müəllimlər deyir ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir:

"Müəllimlərin sonrakı aqibəti ilə bağlı hələ heç bir qərar yoxdur. Tələbələrin köçürülməsi həm bizi, həm tələbələri, həm də onların valideynlərini narahat edən məsələ idi. Onlar barəsində müəyyən bir qərar verildi. Amma biz müəllimlər faktiki olaraq işsiz qalmışıq".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub:

"Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək".

Daha ətraflı videomaterialda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı - Fotolar

Xəbər verdiyimiz kimi, Azərbaycan dövlət başçısı İlham Əliyev bu gün FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. "Qafqazinfo"nun məlumatına görə, görüş zamanı yaddaqalan anlar yaşanıb. Belə ki, Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib. Hədiyyələr arasınd

29.09.2026 308
.

Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir

1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya

10:17 98
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 395
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 199
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 204
.

COVID, soyuqdəymə, yoxsa allergiya - əlamətləri necə ayırd etmək olar?

Burun axması, öskürək, baş və boğaz ağrısı eyni anda bir neçə xəstəliyin əlaməti ola bilər. Xüsusilə payız və qış aylarında bu əlamətlərin COVID-19, adi soyuqdəymə və ya mövsümi allergiya ilə bağlı olduğunu müəyyənləşdirmək çətinləşir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əlamətlər

29.09.2026 322
.

Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb

Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin

10:10 89
.

Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər

ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri

29.09.2026 325
.

Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü

Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır

29.09.2026 250
.