Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ

Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQBakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir. Bəs, ali təhsil müəssisələri hansı hallarda akkreditasiya baxımından risk altına düşür, bu riskləri əvvəlcədən hansı göstəricilərdən müəyyən etmək mümkündür və akkreditasiya zamanı universitetlərin hansı çatışmazlıqları daha ciddi qiymətləndirilir?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri üçün müəyyən edilmiş vahid standartlar var.

"Bu standartlara uyğun gəlməyən universitetlərdə isə müvafiq tədbirlər görülür və tələblərə cavab verməyən ali təhsil müəssisələrinin fəaliyyəti dayandırıla bilər. Akreditasiya prosesində bir sıra mühüm meyarlar nəzərə alınır. Bunlardan biri professor-müəllim heyətidir. Eyni zamanda, auditoriyaların tələbə sayına uyğunluğu da əsas komponentlərdəndir. Normativ hüquqi aktlara əsasən, hər bir tələbə üçün müəyyən edilmiş minimum sahə təmin olunmalıdır. Bundan əlavə, laboratoriyaların və digər infrastrukturun da müəyyən olunmuş standartlara uyğun olması vacibdir".

Ekspert bildirib ki, ali təhsil müəssisələri üçün vahid akreditasiya standartları mövcuddur və bu standartlar müəyyən dövrlər üzrə yoxlanılır:

"Akreditasiya prosesi hər beş ildən bir həyata keçirilir və bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq qiymətləndirmə aparılır və rəy verilir. Təəssüf ki, uzun illər fəaliyyət göstərən bəzi universitetlərdə də akreditasiya standartlarına tam uyğun gəlməyən müəyyən sahələrə rast gəlinir. Ötən illərdə də Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri ilə bağlı akreditasiya standartlarına uyğun olmayan məqamların olduğu açıqlanmışdı. Belə hallarda Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən universitetlərə xəbərdarlıq edilir və onlara mövcud çatışmazlıqları normativ hüquqi aktların müəyyən etdiyi tələblərə uyğunlaşdırmaq üçün müddət verilir".

Onun sözlərinə görə, bu tələbləri yerinə yetirməyən, yəni akreditasiya standartlarına cavab verməyən universitetlərin fəaliyyəti isə dayandırıla bilər:

"Bu baxımdan Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyəti də qeyd etmək olar. Hazırda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bir neçə universitetə ayrı-ayrı sahələr üzrə müəyyən xəbərdarlıqları var. Məsələn, hansısa universitetin konkret istiqamət üzrə müəyyən çatışmazlığı ola bilər. Lakin hazırda abituriyentlərin seçim mərhələsində olduğunu nəzərə alaraq konkret universitetlərin adını çəkmək istəmirəm. Çünki bu fikirlər müəyyən mənada onların seçimlərinə təsir göstərə bilər. Bununla belə, bir məqamı xüsusilə vurğulamaq istəyirəm, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri eyni standartlara, yəni Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tələblərə uyğun fəaliyyət göstərirlər. Bu tələblərə cavab verən universitetlərin verdiyi diplomların tanınması ilə bağlı hər hansı problem yoxdur".

Məzahir Məmmədli qeyd edib ki, Azərbaycanda müxtəlif dövrlərdə Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Asiya Universiteti, Təfəkkür Universiteti və Bakı Qızlar Universiteti kimi bir sıra ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb:

"Ola bilsin ki, siyahıda qeyd etmədiyim digər universitetlər də var. Lakin bu universitetlərin fəaliyyətinin dayandırılması onların özəl ali təhsil müəssisəsi olması ilə bağlı deyil. Əsas səbəb müəyyən edilmiş standartlara və tələblərə cavab verməmələri olub. Ona görə də Azərbaycanda fəaliyyət göstərən dövlət və ya özəl universitetin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tələblərə uyğun fəaliyyət göstərməsi əsas meyardır. Bu tələblərə cavab verən ali təhsil müəssisələrinin diplomlarının tanınması ilə bağlı hər hansı problem yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 962   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 205
.

Qızıl bazarlarında son vəziyyət

Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)

29.09.2026 217
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 206
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 266
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 382
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 195
.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 212
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 210
.

İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb

Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro

29.09.2026 219
.