Asılılıq başlamadan qarşısını almaq mümkündürmü?
"Yeniyetməlik dövrü insan həyatının ən həssas mərhələlərindən biridir. Bu yaşlarda uşaqlar ətraf mühitin təsirinə daha açıq olur, yeni şeylərə maraq göstərir və bəzən düşünmədən riskli qərarlar verirlər. Məhz buna görə də narkotik və digər psixoaktiv maddələrlə ilk tanışlıq əksər hallarda bu dövrdə baş verir".
Bunu BiG.AZ-a açıqlamasında narkomaniya üzrə ekspert Emil Maqalov bildirib.
O, qeyd edib ki, siqaret, alkoqol və narkotiklə ilk təmas adətən həmyaşıdların təsiri altında yaranır. Uşağın belə maddələri sınamağa razı olmasının əsas səbəbləri arasında dost çevrəsinə uyğunlaşmaq, özünü cəsarətli göstərmək, maraq hissi, yeni təcrübə yaşamaq və ya valideynlərin sərt qadağalarına etiraz etmək istəyi dayanır:
"Bəzi yeniyetmələr isə psixoloji gərginlik, ailədaxili problemlər, zorakılıq və ya sosial çətinliklər səbəbindən bu maddələrə üz tutur. Xüsusilə qayğı və dəstəkdən uzaq böyüyən uşaqlar daha çox risk altındadır.
Narkotik asılılığı adətən bir anda formalaşmır. İlk mərhələ sadəcə maraq və ya təcrübə məqsədilə istifadədir. Lakin ilk istifadədən sonra yenidən həmin hissi yaşamaq istəyi yarana bilər. Vaxt keçdikcə bu, müntəzəm istifadəyə, daha sonra isə həm psixoloji, həm də fiziki asılılığa çevrilir. Nəticədə yeniyetmənin dərsə marağı azalır, davranışında dəyişikliklər baş verir və həyatının mərkəzində yalnız narkotik dayanmağa başlayır.
İlk istifadə çox vaxt maraqdan qaynaqlansa da, sonrakı mərhələlərdə ailə dəstəyinin olmaması, dost təzyiqi, özünü təsdiq etmək istəyi, həddindən artıq nəzarət və ya xarici görünüşdən narazılıq kimi amillər asılılığın dərinləşməsinə səbəb ola bilər. Ailəsində alkoqol, tütün, qumar və ya digər asılılıqlar olan uşaqların risk qrupunda olduğu da nəzərə alınmalıdır.
Uşaqları narkotikdən qorumağın ən təsirli yolu onlarla etibarlı münasibət qurmaqdır. Valideynlər bu mövzuda açıq danışmalı, narkotiklərin yaratdığı təhlükələri yaşa uyğun şəkildə izah etməli və uşağa hər vəziyyətdə onun yanında olduqlarını hiss etdirməlidirlər. Uşaq bilməlidir ki, çətin vəziyyətlə qarşılaşdıqda onu cəza deyil, dəstək gözləyir.
Bununla yanaşı, ailədə sağlam həyat tərzi, birgə fəaliyyətlər, idman, hobbilər və səmimi ünsiyyət uşağın özünü dəyərli hiss etməsinə kömək edir. Ailəsində sevgi, diqqət və anlayış görən yeniyetmələrin zərərli vərdişlərə meyl etmə ehtimalı xeyli azalır" .
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 680 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü
29.09.2026 205 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 217 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 206 Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29.09.2026 266 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 382 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 195 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 212 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 210 İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 219