Plastik düyü iddiaları nə dərəcədə doğrudur?
"Son vaxtlar sosial şəbəkələrdə "plastik düyü" ilə bağlı müxtəlif iddialar yayılır. Lakin elmi baxımdan bu iddiaların əsası yoxdur. Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də texniki cəhətdən məntiqsizdir. Plastik qranulların istehsalı təbii düyünün becərilməsi və emalından daha baha başa gəlir. Heç bir istehsalçı maya dəyəri yüksək olan məhsulu daha ucuz qiymətə bazara çıxarmaz. Saxtakarlıq hallarında adətən daha ucuz xammaldan istifadə edilir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, plastik yüksək temperaturda suyu udaraq bişmir. Əksinə, əriməyə başlayır və yapışqan kütləyə çevrilir. Əgər düyü normal qaydada bişirsə, deməli, onun əsas tərkibi bitki mənşəli nişastadır:
"Bəzən istehlakçılar uzun müddət bişməyən düyünü saxta hesab edirlər. Əslində isə bu, çox vaxt yüksək amiloza tərkibli uzun dənəli düyülərlə bağlıdır. Amiloza dənələrin bir-birinə yapışmamasını təmin edir və düyünün daha gec yumşalmasına səbəb olur.
Evdə sadə üsullarla düyünün keyfiyyəti barədə ilkin fikir formalaşdırmaq mümkündür. Bir qaşıq düyünü suya tökdükdə sağlam dənələr adətən dibə çökür. Səthdə qalanlar isə əksər hallarda zədələnmiş və ya içi boş dənələr olur.
Digər üsul isə bir neçə düyü dənəsini yandırmaqdır. Plastik yanarkən kəskin kimyəvi qoxu və qara tüstü əmələ gətirir. Təbii düyü isə qovrulmuş çörək və ya popkornu xatırladan qoxu verərək kömürləşir.
Düyünün əvvəlki kimi dadlı olmaması isə onun saxta olması demək deyil. Bu, əsasən müasir kənd təsərrüfatında tətbiq olunan istehsal üsulları ilə bağlıdır. Bu gün toxumlar daha çox məhsuldarlıq və daşınmaya davamlılıq nəzərə alınaraq seçilir. Bundan əlavə, intensiv əkinçilik torpaqdakı mineral ehtiyatlarını azaltdığı üçün bitkinin dad və ətir yaradan təbii birləşmələri də əvvəlki qədər formalaşmır.
Eyni vəziyyət meyvə və tərəvəzlərdə də müşahidə olunur. Uzaq məsafələrə daşınması üçün onlar tam yetişməmiş halda yığılır, sonradan xüsusi şəraitdə yetişdirilir. Buna görə də mövsümündə yetişən məhsullarla müqayisədə dad və ətri fərqli olur.
Düyüdən təhlükəsiz istifadə üçün onu bişirməzdən əvvəl soyuq suda su tam şəffaflaşana qədər yumaq tövsiyə edilir. Bu, dənələrin üzərindəki artıq nişastanı və saxlanma zamanı yaranan tozu təmizləyir. Düyü quru və sərin yerdə saxlanılmalıdır.
Bişmiş düyünü isə otaq temperaturunda iki saatdan artıq saxlamaq olmaz. Çünki bu şəraitdə Bacillus cereus bakteriyasının sporları inkişaf edərək toksin ifraz edə bilər. Bu isə ciddi qida zəhərlənməsinə səbəb ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 709 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü
29.09.2026 205 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 217 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 206 Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29.09.2026 266 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 382 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 195 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 212 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 210 İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 219