İsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
O, qeyd edib ki, isti havalarda yağlı, qızardılmış və ağır yeməklər həzmi çətinləşdirə, halsızlıq və yorğunluq hissini artıra bilər. Digər tərəfdən, yalnız salat və meyvə ilə qidalanmaq da düzgün seçim deyil. Belə qidalanma orqanizmin zülal və enerji ehtiyacını tam ödəmədiyi üçün əzələ itkisinə və sağlam olmayan çəki azalmasına səbəb ola bilər:
"Yay mövsümündə ən düzgün seçim balanslı qidalanmaqdır. Gündəlik rasionda yağsız ət, balıq, toyuq əti, yumurta, süd məhsulları, tam taxıllar, bol tərəvəz və mövsümi meyvələr yer almalıdır. Yeməklərin qaynadılması, sobada və ya buğda bişirilməsi qızartmaya nisbətən daha sağlam seçim hesab olunur. Porsiyaların həddindən artıq böyük olmaması da həzm sisteminin yüklənməsinin qarşısını alır.
İsti havalarda kifayət qədər su qəbul etmək xüsusilə vacibdir. Susuzluq hissini gözləmədən gün ərzində mütəmadi su içmək, şəkərli qazlı və həddindən artıq kofeinli içkilərin qəbulunu isə məhdudlaşdırmaq tövsiyə olunur. Tərləmə nəticəsində itirilən maye və mineralların bərpası üçün ayran, şəkərsiz kompot və mineral sular da faydalı seçimlərdir.
Qida təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Ət, süd məhsulları və hazır salatlar isti havada tez xarab olduğu üçün uzun müddət otaq temperaturunda saxlanmamalı, soyuducuda mühafizə edilməlidir.
Yay aylarında sağlam qalmaq üçün əsas qayda nə həddindən artıq ağır, nə də həddindən artıq yüngül qidalanmaqdır. Balanslı rasion, kifayət qədər su qəbulu və qidaların düzgün saxlanılması həm sağlamlığın qorunmasına, həm də bədən çəkisinin sabit qalmasına kömək edir.
Sağlam qidalanın, sağlam yaşayın!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 739 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSerbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 206 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 210 Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
10:18 44 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 217 Romada "Harmoniya" sənədli filminin təqdimatı olub
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ
29.09.2026 224 Oktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29.09.2026 283 Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri
29.09.2026 245 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 36 Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həya
10:17 46