48 bal necə 50 oldu? - Sertifikasiyada cavab gözləyən suallar
"Müəllimlərin sertifikatlaşdırılması təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoqların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin belə bir sistemə etimadın formalaşması üçün imtahanın keçirilməsi ilə yanaşı, nəticələrin hesablanması və apellyasiya prosesi də tam şəffaf olmalıdır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, sertifikasiya imtahanında 48 bal toplayıb. Nəticə ilə razılaşmadığı üçün dörd sualla bağlı apellyasiya şikayəti verib və etirazlarını əsaslandıran şikayət sahibləri var. Müraciətə baxıldıqdan sonra isə onun nəticəsinin 48 baldan 50 bala qaldırıldığını görürük:
"İlk baxışdan bu, adi bir apellyasiya nəticəsi kimi görünə bilər. Lakin əsas suallar bundan sonra yaranır. Müəllim dörd suala etiraz etdiyi halda niyə məhz iki bal əlavə olunub? Bu, etiraz etdiyi suallardan ikisinin əsaslı hesab edildiyini göstərirmi? Əgər belədirsə, həmin suallarda problem nə olub - sualın tərtibində səhv var idi, cavab variantları düzgün hazırlanmamışdı, yoxsa düzgün cavab yanlış müəyyən edilmişdi? Digər iki etirazın isə hansı səbəbdən qəbul edilmədiyi müəllimə izah olunmalıdır.
Daha vacib məsələ həmin sualların digər müəllimlərə də təqdim olunub-olunmamasıdır. Əgər apellyasiya zamanı hansısa sualın qüsurlu olduğu müəyyən edilibsə, bu, yalnız müraciət edən müəllimə aid edilməməlidir. Həmin sualla qarşılaşmış digər müəllimlərin nəticələrinin də yenidən nəzərdən keçirilməsi ədalətli yanaşma olardı. Əks halda, apellyasiya edən müəllim itirdiyi balı geri alır, eyni vəziyyətlə üzləşən, lakin müraciət etməyən müəllim isə həmin baldan məhrum qalır.
Burada söhbət təkcə iki baldan getmir. Müəllimin nəticəsi məhz 50 bala yüksəlib ki, bu da əməkhaqqına tətbiq olunan əlavələr baxımından mühüm hədd hesab olunur. Deməli, edilən dəyişiklik müəllimin təkcə imtahan nəticəsinə deyil, gəlirinə də birbaşa təsir göstərir. Bu səbəbdən bal artımının hansı əsasla aparıldığı müəllimə aydın şəkildə izah edilməlidir.
Bu hadisə sertifikasiya sistemində apellyasiya mexanizmi ilə bağlı daha geniş suallar doğurur. İndiyədək neçə müəllimin nəticəsi apellyasiya əsasında dəyişdirilib? Bu dəyişikliklər əsasən hansı səbəblərdən baş verib? Mübahisəli hesab edilən suallar digər iştirakçıların nəticələrinə necə təsir edib? Belə hallarda yalnız müraciət edən müəllimin, yoxsa həmin sualla qarşılaşmış bütün müəllimlərin nəticələri yenidən hesablanır?
Bu suallara aydın və əsaslandırılmış cavab verilməsi ilk növbədə sertifikasiya sisteminin öz marağındadır. Çünki obyektiv qiymətləndirmə yalnız düzgün nəticə ilə deyil, həmin nəticənin necə formalaşdığının şəffaf izahı ilə mümkündür.
48 balın 50 bala yüksəlməsi bir müəllimin fərdi nəticəsi kimi görünə bilər. Əslində isə burada əsas məsələ iki bal deyil, həmin balların hansı əsasla əlavə olunması və eyni vəziyyətlə qarşılaşan digər müəllimlərə münasibətin necə olacağıdır. Sertifikasiya sisteminə inam da məhz bu suallara veriləcək açıq və əsaslandırılmış cavablardan asılıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1958 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Məsud Pezeşkiana zəng etdi
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü
29.09.2026 205 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 217 Serbiya Fransadan yeni döyüş təyyarələri alır
Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd
29.09.2026 206 Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29.09.2026 266 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 382 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 195 Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır
Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə
29.09.2026 212 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 210 İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 219