"Mumiya"nın sirli döyüşçüsü illər sonra yenidən ekrana qayıdır

"Mumiya"nın sirli döyüşçüsü illər sonra yenidən ekrana qayıdırUzun illər sonra israilli aktyor Oded Fehr yenidən "Mumiya" filmində oynayacaq.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor yeni çəkilən filmdə Ardet Bəy obrazını bir daha canlandıracaq.

Ekran əsəri klassik trilogiyanın davamı olacaq. Filmdə Brendan Freyzer və Reyçel Vays da ilk hissələrdəki rollarını yenidən canlandıracaqlar.

Yeni "Mumiya" filminin premyerası 2027-ci il oktyabrın 15-nə planlaşdırılıb. Davamı filmin 1999-cu ildəki orijinal ekran əsərinin uğurunu təkrarlayıb-təkrarlamayacağını zaman göstərəcək. Lakin sevilən aktyorların və personajların geri dönüşü artıq film pərəstişkarları üçün ən böyük hadisələrdən birinə çevrilib.

Qeyd edək ki, 1999-cu ildə ekranlara çıxan "Mumiya" filmi dövrünün ən uğurlu macəra ekran əsərlərindən biri idi. Filmdəki personajlar qısa müddətdə milyonlarla tamaşaçının sevgisini qazanmışdı. Onlardan biri də qədim döyüşçü Ardet Bəy idi.

Oded Fehr üçün Ardet Bəy rolu böyük kinoda əsl dönüş nöqtəsi olub. O, filmdə Misirin sirlərini əsrlər boyu qoruyan qədim medjay döyüşçülərindən birini canlandırıb. Soyuqqanlı, cəsarətli və sirli xarakteri ilə seçilən qəhrəman filmin ən gərgin səhnələrində meydana çıxaraq tamaşaçıların rəğbətini qazanıb.

Obrazın uğuru səbəbindən Oded Fehr 2001-ci ildə çəkilən "Mumiya qayıdır" filmində də eyni rolu yenidən canlandırıb. Məhz bu rolona beynəlxalq şöhrət qazandırıb və Hollivudun böyük layihələrinə yol açıb.

"Mumiya"nın uğurundan sonra aktyor həm kino, həm də televiziya layihələrində fəaliyyətini davam etdirib. O, "Resident Evil" filmlərində Karlos Oliveyranı canlandırıb. Fehr həmçinin məşhur "Charmed" ("Cadugər qadınlar") serialının son mövsümündə əsas mənfi obrazlardan biri olan Zanku rolunu oynayıb. Mənfi personaj olmasına baxmayaraq, aktyor obrazı xarizmatik və yaddaqalan etməyi bacarıb. Bundan başqa, o, "Star Trek: Discovery", "Covert Affairs" və digər seriallarda da rol alıb. Aktyor daha çox fantastika, macəra və dram janrındakı layihələrə üstünlük verib.

Hazırda 54 yaşı olan aktyor kino sənayesində fəaliyyətini davam etdirir. O, əvvəlki illərlə müqayisədə daha az ekran qarşısına çıxsa da, yaradıcılığını dayandırmayıb.

Fehr sosial şəbəkələrdə pərəstişkarları ilə əlaqə saxlayır və zaman-zaman məşhur obrazlarını xatırlayır. Bu yaxınlarda o, Ardet Bəy obrazını yenidən canlandırdığı video paylaşaraq "Mumiya"sevərlərdə nostalji hiss oyadıb. İzləyicilər illər keçməsinə baxmayaraq, aktyorun xarizmasının dəyişmədiyini bildiriblər.

Bir çox Hollivud ulduzundan fərqli olaraq, Oded Fehr şəxsi həyatını mediadan uzaq tutmağa üstünlük verir. O, uzun illərdir prodüser Ronda Tollefsonla evlidir. Cütlük bir oğul və iki qız övladı böyüdür. Aktyor ailəsi haqqında nadir hallarda danışır və diqqət mərkəzində olmaq əvəzinə sakit həyat sürməyə üstünlük verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 840   Tarix: 07 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü

29.09.2026 205
.

Qızıl bazarlarında son vəziyyət

Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)

29.09.2026 217
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 206
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 266
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 382
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 195
.

Mayk Taysonun oğlu boksda debüt etməyə hazırlaşır

Ağır çəkidə əfsanəvi boksçu Mayk Taysonun oğlu peşəkar boksda ilk addımlarını atır və məşhur Misfits Boxing promouterlik şirkəti ilə müqavilə bağlayır. Keçmiş mübahisəsiz ağır çəki çempionu Mayk Taysonun oğlu Amir Tayson peşəkar boks karyerasına başlayacaq. -ın xarici mediaya istinadən məlumatına görə

29.09.2026 212
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 210
.

İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb

Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro

29.09.2026 219
.