Paytaxtda axşam konsertləri keçirilir - Fotolar

Paytaxtda axşam konsertləri keçirilir - FotolarBakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib.

BiG.AZ xəbər verir ki, şənbə günündən etibarən Bakı şəhərinin dörd rayonunda yerləşən park və istirahət məkanları musiqi dolu axşamlara ev sahibliyi edib.

Sözügedən parklar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb.

Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar bu məkanlarda oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.

Konsert proqramları Xətai rayonundakı "Nizami Gəncəvi" parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında və Nizami rayonundakı Heydər Əliyev və digər parklarda keçirilib.

Peşəkar və gənc ifaçıların bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.

İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Yay axşamlarına xüsusi rəng qatan bu musiqi proqramlarının repertuarı hər həftə yenilənəcək və konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi nəzərdə tutulur.

Paytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - FotolarPaytaxtda axşam konsertləri keçirilir - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 3 uşaq anası ZƏHƏRLƏNİB ÖLDÜ

Zərdab sakini Ucarda dünyasını dəyişib. -ın xəbərinə görə, Zərdab rayonunun Dəli Quşçu kənd sakini, 40 yaşlı Vüsalə Namət qızı İmanova zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ağır vəziyyətdə xəstəxanaya daxil olan V. İmanova həyatını itirib. Məlumata görə, Ucar rayonunda həya

09.08.2026 558
.

Vaşinqton görüşləri ölkəmizə yeni geosiyasi üstünlüklər qazandırdı

Prezident İlham Əliyevin geosiyasi uğurlarından biri də 2025-ci ilin avqustun 8-də dünyanın fövqəlgüc dövlətlərindən biri olan ABŞ-də elə həmin ölkənin Prezidenti Donald Trampla keçirdiyi görüşlər oldu. Xatırladaq ki, Donald Trampa qədərki dövrdə ABŞ rəhbərliyi davamlı olaraq ermənipərəst mövqe tutara

12:16 163
.

Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə

14:10 139
.

Paşinyan AİB ölkələrinin Ermənistanla bağlı təklifindən danışdı

Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı referendum keçirilməsi təklifinə hörmətlə yanaşır. xəbər verir ki, bu barədə "Armenpress"in Telegram kanalında yayılan məlumata görə

11:27 169
.

Macarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib

Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa"

09.08.2026 265
.

Kosmosda 49 ildir: Voyager 2-nin missiyası daha da uzadıldı

Voyager 2 kosmik gəmisinin missiyası uzadılıb. xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, "Böyük Partlayış" adlandırılan əməliyyat çərçivəsində enerji sərfiyyatı yüksək olan bəzi cihazların söndürülməsi və onların daha az enerji tələb edən alternativlərlə əvəzlənməsi nəzərd

12:10 158
.

Pentaqon hərbi hakerlər arasında intihar hallarını araşdırır

ABŞ Kiber Komandanlığı hərbi hakerlər arasında baş verdiyi bildirilən bir sıra intihar hallarını araşdırır. Məlumata görə, 2026-cı ilin iyunun əvvəlindən iyulun əvvəlinədək azı beş hərbçi intihar edib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, Pentaqon bu ölümlər

12:27 166
.

Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər

Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla

09.08.2026 271
.

Azərbaycanın bölgələrində aparılan quruculuq işləri: regional inkişafın yeni mərhələsi

Azərbaycanın sosial-iqtisadi inkişafında regionların xüsusi rolu vardır. Son illərdə ölkənin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və infrastruktur layihələri regionların inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və iqtisadi fəallığın artırılmasına mühü

10:59 191
.

TOP MP3