"Deepfake"lərə qarşı yeni qaydalar: Süni intellekt necə tənzimlənəcək?
"Süni intellekt texnologiyalarının sürətlə yayılması artıq dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa məcbur edir. Çünki süni intellekt yalnız texnoloji alət deyil, eyni zamanda məlumat təhlükəsizliyi, müəllif hüquqları və hətta ictimai rəyə təsir kimi məsələləri də gündəmə gətirir. Bu səbəbdən bir çox ölkələr süni intellektdən istifadə ilə bağlı müəyyən çərçivələr və tələblər müəyyən etməyə başlayıb".
Bunu BiG.AZ -a açıqlamasında İKT mütəxəssisi Elvin Həsənov bildirib.
O, qeyd edib ki, əsas tələblərdən biri şəffaflıq məsələsidir. Yəni istifadəçi qarşısındakı məzmunun insan tərəfindən, yoxsa süni intellekt vasitəsilə hazırlandığını bilməlidir. Məsələn, süni intellektlə yaradılmış foto, video və ya mətnlərdə bunun qeyd olunması və ya xüsusi işarə ilə göstərilməsi artıq bir çox ölkələrdə müzakirə olunan və tətbiq edilən qaydalardandır:
"Digər vacib tələb məlumatların qorunması ilə bağlıdır. Süni intellekt sistemləri böyük həcmdə məlumat üzərində işləyir və həmin məlumatların arasında şəxsi və ya həssas informasiya ola bilər. Buna görə də süni intellekt sistemlərini hazırlayan şirkətlərdən istifadəçi məlumatlarının necə toplandığını, saxlanıldığını və hansı məqsədlə istifadə edildiyini açıq şəkildə göstərmək tələb olunur.
Bundan əlavə, təhlükəsizlik və məsuliyyət məsələləri də xüsusi əhəmiyyət daşıyır. Süni intellekt səhv qərar verə və ya yanlış məlumat yarada bilər. Bu səbəbdən yeni tələblərdən biri AI sistemlərinin kritik sahələrdə tam avtonom şəkildə qərar qəbul etməsinin məhdudlaşdırılmasıdır. Xüsusilə səhiyyə, maliyyə və hüquq kimi sahələrdə son qərarın insan nəzarətində olması vacib hesab edilir.
Digər mühüm istiqamət saxta məzmun və dezinformasiya ilə mübarizədir. Süni intellekt vasitəsilə hazırlanmış "deepfake" videolar, saxta səslər və manipulyativ məzmunlar ictimai rəyə ciddi təsir göstərə bilər. Buna görə bir çox ölkə bu tip məzmunların işarələnməsi və izlənməsi ilə bağlı yeni qaydalar üzərində işləyir.
Ümumilikdə, bu tələblərin məqsədi süni intellektin inkişafını məhdudlaşdırmaq deyil, onun təhlükəsiz, şəffaf və məsuliyyətli şəkildə istifadəsini təmin etməkdir. Çünki texnologiya çox sürətlə inkişaf edir və müvafiq qaydalar olmadığı halda həm şəxsi məlumatların qorunması, həm də informasiya təhlükəsizliyi baxımından ciddi risklər yarana bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 768 Tarix: 10 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRomada "Harmoniya" sənədli filminin təqdimatı olub
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ
29.09.2026 170 Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir
ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə
29.09.2026 168 Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29.09.2026 197 Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"
29.09.2026 136 Həmin şagird sığınacağa yerləşdirilib? - Açıqlama
Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlı qızın makiyajla məktəbə getməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra qızın 217 nömrəli məktəbdən xaric edildiyi və sığınacağa yerləşdirildiyinə dair məlumatlar yayılıb. -a istinadən xəbər verir ki, məsəl
29.09.2026 353 Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual
Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə
29.09.2026 203 Dizel bahalaşacaq? - ABŞ-nin qərarı Avropanı çətin vəziyyətə sala bilər
ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu barədə CNBC telekanalı məlumat yayıb. Britaniyanın "Argus Media" analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildiri
29.09.2026 279 Lənkəranda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib
29.09.2026 187 Yata bilmirsinizsə, diqqət: İnsult riski artır
Gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə və bu problem tez-tez təkrarlanırsa, bunun sağlamlıq baxımından da əhəmiyyəti ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Nevrologiya Akademiyasının Vyana Tibb Universitetinin iştirakı ilə apardığı beynəlxalq icmalda yuxusuzluqla müxtəli
29.09.2026 199