Hava proqnozlarında niyə 129 günlük məhdudiyyət var?
Meteoroloqların havanı nə qədər müddət ərzində dəqiq proqnozlaşdıra biləcəyi sualına cavab tapılıb. Alimlər süni intellekt nə qədər inkişaf etsə də, kvant fizikası ilə əlaqəli qaçılmaz məhdudiyyətin harada yarandığını və Günəş şüalarının atmosferdə yaratdığı qeyri-müəyyənliyin proqnozlara necə təsir etdiyini hesablayıblar.
Qaynarinfo xəbər verir ki, havanın günlər öncədən nə dərəcədə dəqiq proqnozlaşdırıla biləcəyi uzun müddətdir elm dünyasında müzakirə olunan əsas məsələlərdən biridir. Mövcud texnologiyalarla meteoroloqlar təxminən 14 günlük müddət ərzində kifayət qədər etibarlı nəticələr əldə edə bilirlər. Bu müddətdən sonra isə proqnozlar getdikcə qeyri-müəyyənləşir.
Lakin son araşdırma göstərib ki, hava proseslərini proqnozlaşdırmaq nəzəri baxımdan düşünüldüyündən daha uzun müddət mümkün ola bilər. Tədqiqatçılar bu həddi təxminən 129 gün olaraq müəyyənləşdiriblər. Məhz bundan sonra kvant səviyyəsindəki qeyri-müəyyənliklər modellərə ciddi təsir göstərərək uzunmüddətli proqnozları praktik olaraq yararsız hala gətirir.
Kəpənək effektindən kvant qeyri-müəyyənliyinə qədər
Bu gün hava proqnozu hazırlamaq üçün planetin hər yerindən böyük həcmdə məlumat toplanır. Havanın temperaturundan okean axınlarına, rütubət səviyyəsindən küləyin sürətinə qədər çoxsaylı dəyişənlər mürəkkəb kompüter modellərinə daxil edilir.
Sistemdəki mürəkkəb əlaqələr və zaman keçdikcə böyüyən kiçik hesablama xətaları proqnozların dəqiqliyini azaldır. Kəpənəyin qanad çalmasının həftələr sonra fırtınaya səbəb ola bilməsi fikri məhz atmosferdəki bu xaotik prosesləri izah edir.
Texnologiya inkişaf edib atmosferlə bağlı bütün məlumatları mükəmməl şəkildə toplamağa imkan versə belə, proqnozların sonsuza qədər dəqiq qalması mümkün deyil. Mayami Universiteti və NOAA-da çalışan doktor Vey Çjanın rəhbərlik etdiyi tədqiqat qrupu atmosferin enerji dövranını araşdıraraq bu qaçılmaz məhdudiyyəti müəyyənləşdirib.
Meteoroloji modellərin uzunmüddətli proqnozlarda müəyyən həddə çatmasının əsas səbəbi Günəşdən gələn fotonların yaratdığı kvant səviyyəli qeyri-müəyyənlikdir.
Günəş şüalarının yaratdığı qaçılmaz "səs-küy"
Günəşdən gələn fotonlar atmosferdəki molekullarla qarşılıqlı təsirə girənə qədər tam müəyyən edilmiş göstəriciyə malik olmur. Qısamüddətli hava proqnozlarında bu kvant qeyri-müəyyənliyi nəzərəçarpacaq təsir göstərmir.
Lakin Günəş enerjisi atmosferin hər nöqtəsinə yayıldıqca bu qeyri-müəyyənlik zaman keçdikcə toplanır və proqnoz modellərinin dəqiqliyini azaldır.
Alimlər kvant "səs-küyünün" sistemi tamamilə üstələdiyi "enerji dövriyyəsi nöqtəsinin" təxminən 129 gün olduğunu hesablayıblar. Beləliklə, texnologiyanın və süni intellektin inkişafına baxmayaraq, atmosferin gələcək davranışını proqnozlaşdırmaq üçün fundamental fiziki məhdudiyyət mövcuddur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 769 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 213 Aİ-nin genişlənmə üzrə komissarı Ukraynanın maliyyə naziri ilə görüşüb
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşüb. APA xəbər verir ki, bu barədə Aİ rəsmisi "X" hesabında yazıb. Marta Kos Marçenko ilə görüşü zamanı Avropa İttifaqının Ukraynaya Dəstək Planı çərçivəsində Kiyevə daha 2.9 milyar
29.09.2026 198 Yeni virus aşkarlandı - Bu əlamətlərlə özünü göstərir
Çində alimlər əvvəllər məlum olmayan, gənə dişləməsi ilə yayılan yeni virus aşkarlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Asiya uzunbuynuzlu gənə nairovirusu" (ALTNV) adlandırılan virusun qızdırma, güclü yorğunluq və həzm sistemi problemləri ilə müşayiət olunan qripəbənzər xəstəliy
29.09.2026 386 Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb
Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin
10:10 84 Romada "Harmoniya" sənədli filminin təqdimatı olub
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığ
29.09.2026 226 Bakıda sirkə turşusundan zəhərlənən kişi öldü
Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb. -ın xəbərinə görə, hadisə gecəyarı saat 4 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 49 yaşlı Yasim Gürzalı oğlu Quliyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Xəstəxanaya yerləşdirilən Y. Quliyev orada ölüb. Araşdırma aparılır
29.09.2026 250 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 57 Ən faydalı bitki yağı - Zeytun deyil
Faydalı bitki yağlarından danışarkən adətən zeytun, kətan və ya balqabaq yağı yada düşür. Lakin mütəxəssislərin fikrincə, çox vaxt diqqətdən kənarda qalan raps yağı da gündəlik qidalanma üçün ən yaxşı seçimlərdən biri ola bilər. xarici mediaya istinadən xəbər verir ki, raps yağı yağ turşularının tərkibin
29.09.2026 240 Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
10:18 101