Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır.
"Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağı bildirilir.
Planlara Ağ Evin yaxınlığındakı Lafayette meydanının yenilənməsi, helikopter meydançasının tikintisi, yeni ziyarətçi təhlükəsizlik mərkəzinin yaradılması və daha əvvəl açıqlanan digər layihələr daxildir.
"Washington Post"un ABŞ hökumətindəki mənbələrə istinadən apardığı araşdırmaya görə, administrasiya Ağ Ev ərazisindəki tikinti layihələrinə ən azı 900 milyon dollar ayırmağı planlaşdırır. Digər xərclərlə birlikdə ümumi məbləğin 927 milyon dollara çatacağı hesablanır.
Qəzetin araşdırmasına əsasən, Tramp administrasiyası bütün vəsaiti birbaşa Konqresdən almaq əvəzinə, müxtəlif dövlət qurumlarından və özəl donorlardan ayrılan pulların Ağ Evin müntəzəm təmiri üçün nəzərdə tutulan xüsusi hesaba yönəldilməsindən istifadə edib.
Layihələrin ən bahalı hissələrindən biri Ağ Evin Şərq qanadında böyük zalın tikintisidir. Daha əvvəl bu layihənin təxmini dəyərinin 600 milyon dollar olduğu və məbləğin təxminən yarısının vergi ödəyicilərinin hesabına ödəniləcəyi bildirilmişdi.
Ağ Evin yenidən qurulması planı hüquqi mübahisələrə də səbəb olub. Federal apellyasiya məhkəməsi administrasiyanın Şərq qanadındakı zalın tikintisini davam etdirmək üçün Konqresin təsdiqinə ehtiyac duyduğuna qərar verib.
Hakimlər Patrisiya A. Millett və Bredli N. Qarsiya qərarda Ağ Ev strukturlarının tikintisi və sökülməsi ilə bağlı səlahiyyətin Konqresə aid olduğunu bildiriblər.
Tramp isə qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 110 Tarix: 13 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı
Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun
19:15 158 "Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel"dəki qətl İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Seymur Manafov özün
20:45 130 Timsah 78 yaşlı qadını parçaladı
Malayziyada timsah çay ilbizləri toplayan 78 yaşlı qadına hücum edərək, onu öldürüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 11-də baş verib. 78 yaşlı Sambai Anggu çayda ilbiz toplayarkən timsahın hücumuna məruz qalıb. Hadisə zamanı qızı da həmin ərazidə olub. Lakin anasını timsahı
18:45 161 Şamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək
17:36 166 Zaxarova Ermənistan hakimiyyətinin qərarını sərt tənqid etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan hakimiyyətinin 103 yaşlı İkinci Dünya müharibəsi veteranı Rozaliya Abqaryanı dindirmək niyyətini sərt tənqid edib. xəbər verir ki, Zaxarova Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) Rusiyanın müttəfiqi olduğunu xatırladıb. Ermənista
11:43 183 Ermənistan ordusunda NATO standartlı hərbi formaların tətbiqi təxirə salındı
Ermənistan Silahlı Qüvvələri NATO standartlarına uyğun hərbi formaların tətbiqinin təxirə salındığını açıqlayıb. xəbər verir ki, bu barədə "Pravda Armenia"nın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, yeni hərbi formaların nə vaxt tam tətbiq olunacağ
12:06 182 Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
22:15 93 Ermənistanın AİB taleyi ilə bağlı İrəvandan açıqlama
Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılması üçün heç bir mexanizm yoxdur. xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının parlament üzvü Arman Yeqoyan portalının "YouTube" kanalında yayımlanan brifinqdə bildirib. "Ermənista
11:47 187 Türkiyədə turistləri daşıyan gəmi yandı - 115 nəfər özünü dənizə atdı
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turistləri daşıyan gəmi yanğın baş verib. yerli mediaya istinadla xəbər verir ki, hadisə Katrancı körfəzində qeydə alınıb. "Toys Boat" adlı gəminin mətbəx hissəsində hələlik məlum olmayan səbəbdən başlayan yanğın qısa müddətdə bütün gəmini bürüyüb
19:45 141