Məktəblər BU TARİXDƏ BAŞLAYACAQ - Rəsmən elan edildi
Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur.
Bəs belə bir dəyişiklik mümkündürmü və bununla bağlı qərar gözlənilirmi?
Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər yeni tədris ili ərəfəsində bu mövzu gündəmə gəlir, lakin bununla bağlı indiyədək konkret qərar qəbul edilməyib:
"Belə bir dəyişiklik real olsaydı, məsələ əvvəlcədən ictimai müzakirəyə çıxarılıb müxtəlif dairələrin rəyləri öyrənilərdi. Ən azı indidən ictimai müzakirəyə çıxarılardı. Amma təəssüf ki, bu məsələ, yəqin ki, sosial şəbəkələrdə müzakirə olaraq qalacaq. Çünki tədris ilinin başlamasına artıq sayılı günlər qalıb".
Ekspert qeyd edib ki, dərslərin sentyabrın 15-dən sentyabrın 1-nə keçirilməsi sadəcə tarixin dəyişikliyi deyil, bütövlükdə tədris prosesinin strukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir.
"Ona görə də düşünmürəm ki, bu ən azı bu il üçün real olsun. Ola bilsin ki, növbəti illərdə bu məsələ yenidən gündəmə gələr. Lakin bunun üçün rəsmi müzakirələr aparılmalı və Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanmalıdır. Belə bir qərarın qüvvəyə minməsi üçün dövlət qurumlarının rəsmi qərarı, əmri və ya sərəncamı olmalıdır. Sosial şəbəkələrdə aparılan müzakirələr isə bunun üçün kifayət deyil. Hazırkı vəziyyətdə bu il dərslərin sentyabrın 15-dən əvvəl başlaması real görünmür".
News24.az məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, məktəblərin sentyabrın 1-də fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Agentlik bu cür məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyi və yayılan xəbərlərin doğruluğunu həmin mənbələr üzərindən yoxlamağı tövsiyə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1449 Tarix: 15 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29.09.2026 161 Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu
Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl
29.09.2026 143 Lənkəranda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib
29.09.2026 187 Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir
ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə
29.09.2026 168 Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə
29.09.2026 278 Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29.09.2026 197 Qızıl bazarlarında son vəziyyət
Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)
29.09.2026 159 Qarabağda yeni əmlak bazarı yaranır: Tələbat və qiymətlər necə dəyişəcək?
"Qarabağda aparılan bərpa və quruculuq prosesinə yalnız tikinti prosesi kimi yanaşmaq düzgün olmaz. Burada paralel olaraq yeni yaşayış məntəqələri, mənzil fondu və gələcəkdə formalaşacaq daşınmaz əmlak bazarının infrastrukturu yaradılır". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
29.09.2026 184 Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual
Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə
29.09.2026 203