Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?
Astronomlar Yerdən 333 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Milli Astrofizika İnstitutunun rəhbərliyi ilə beynəlxalq komandanın apardığı tədqiqata istinadən məlumat yayıb.
Planet "Qu quşu" bürcündə yerləşən "KIC 9139163" ulduzunun ətrafında fırlanır və öz orbitini cəmi 14 saata tamamlayır. Onun kütləsi Yerinkindən 7.3 dəfə, radiusu isə 2.4 dəfə böyükdür. Planet "Neptun səhrası" adlanan bölgədə yerləşir. Bu ərazidə belə planetlərin mövcudluğu son dərəcə nadir hesab olunur.
Planetin orbiti əyilmiş vəziyyətdə olduğundan o, Yerlə öz ulduzu arasından keçmir. Alimlər faza əyrilərini - planetin hərəkəti nəticəsində ulduz sisteminin parlaqlığında yaranan cüzi dəyişiklikləri təhlil ediblər. Bu üsul vasitəsilə onlar planetin əvvəlcə gündüz, daha sonra isə gecə tərəfini müşahidə edə biliblər.
Tədqiqatçı Silven N.Breton bildirib ki, kainatdakı planetlərin əksəriyyəti Yerdən görünmür, çünki onlar öz ulduzlarının qarşısından keçərək tranzit yaratmırlar. Alimlər əks olunan işığı yüksək dəqiqliklə ölçmək üçün "Qalileo" teleskopunda quraşdırılmış "HARPS-N" cihazından əldə edilən məlumatlardan istifadə ediblər.
Bu üsul tədqiqatçılara təkcə planeti aşkar etməyə deyil, həm də onun atmosferi və quruluşu haqqında ilkin məlumatlar əldə etməyə imkan verib.
Məlum olub ki, planetin sıxlığı əsasən isti sudan ibarət olan bir səma cisminə uyğun gəlir. Ulduzuna son dərəcə yaxın yerləşdiyindən planet güclü qabarma-çəkilmə qüvvələrinin təsirinə məruz qalır. Bu amil onun orbitinin sürətlə dəyişməsinə səbəb olur.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 103 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549