İlk övladlarda bu xəstəliklərin riski daha yüksək ola bilər - ARAŞDIRMA
Ailədə uşağın doğulma sırasının xarakterə və davranışa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yeni araşdırma isə bunun bəzi xəstəliklərin yaranma ehtimalı ilə də əlaqəli ola biləcəyini göstərib.
Lent.az xəbər verir ki, Çikaqo və Kolumbiya universitetlərinin alimləri doğum sırası ilə sağlamlıq riskləri arasındakı mümkün əlaqəni araşdırıblar.
Tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Alimlər ABŞ-da kommersiya sığorta şirkətlərinin milyonlarla ailəyə aid məlumatlarını təhlil ediblər. Araşdırmada əsas diqqət bacı-qardaşın 500-dən çox xəstəliyə tutulma riskinə yönəlib.
Araşdırmanın nəticələrinə görə, ailənin ilk övladlarında kiçik bacı və qardaşlarla müqayisədə bəzi sağlamlıq problemlərinə daha çox rast gəlinib.
Belə ki, ilk övladlarda autizm riski 26 faiz, qida allergiyası riski 20 faiz, mövsümi allergik rinit və ya polinoz riski 9 faiz, diqqət çatışmazlığı və hiperaktivlik sindromu riski isə 7 faiz daha yüksək olub.
Tədqiqatçılar ailədə ikinci doğulan uşaqlarda da müəyyən xəstəliklərin daha çox müşahidə olunduğunu müəyyən ediblər. İkinci övladlarda psixoaktiv maddələrin istifadəsi ilə bağlı pozuntuların riski 19 faiz, mədə-bağırsaq sistemi xəstəliklərinin riski isə 14 faiz yüksək olub.
Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr ilk övlad olmağın həmin xəstəliklərdən birinin mütləq yaranacağı anlamına gəlmir. Eyni şəkildə, sonrakı uşaqların da bu xəstəliklərdən qorunduğunu demək olmaz. Araşdırmaya görə, doğum sırası sağlamlığa təsir göstərə biləcək çoxsaylı ailə amillərindən yalnız biri ola bilər.
Çikaqo Universitetinin professoru və tədqiqatın həmmüəllifi Andrey Rjetski bildirib ki, yaş fərqi daha az olan bacı-qardaşlarda bir sıra xəstəliklərə, xüsusilə allergiya və astmaya qarşı müəyyən qoruyucu əlaqə də müşahidə edilib. Əvvəlki elmi araşdırmalarda da genetika, ortaq yaşayış mühiti və ailə daxilindəki digər faktorların bacı-qardaşların sağlamlığına təsiri öyrənilib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 105 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOfis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724