Fermer məhsul yetişdirir, amma niyə qazana bilmir? - Problemin səbəbi

Fermer məhsul yetişdirir, amma niyə qazana bilmir? - Problemin səbəbiAzərbaycanda kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir edən əsas sahələrdən biridir.

Bəs görəsən, Azərbaycan fermerinin hazırda ən böyük problemi hansıdır: maliyyə, su, bazar, yoxsa istehsal xərcləri?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Lent.az-a açıqlamasında bildirib ki, hazırda fermer üçün ən ciddi məsələlərdən biri istehsal xərclərinin yüksək olması və həmin xərclərin qarşılığında gəlirin kifayət qədər təmin edilməməsidir:

"Azərbaycan fermerinin qarşısında duran problemi yalnız maliyyə, su, bazar və ya istehsal xərclərindən biri ilə məhdudlaşdırmaq düzgün olmaz. Bu problemlərin hamısı bir-biri ilə əlaqəlidir və birində yaranan çətinlik digərinə də birbaşa təsir edir. Məsələn, fermerin maliyyə imkanları zəifdirsə, o, müasir suvarma sistemi qura bilmir, keyfiyyətli toxum və gübrə ala bilmir, texnikasını yeniləyə bilmir. Su problemi varsa, məhsuldarlıq aşağı düşür və nəticədə istehsal xərcləri məhsulun maya dəyərində daha böyük pay tutur. Məhsulun bazarı və satış qiyməti təmin edilmirsə, fermer yüksək xərc çəkərək istehsal etdiyi məhsuldan kifayət qədər gəlir əldə edə bilmir.

Bu baxımdan, hazırda fermer üçün ən ciddi məsələlərdən biri istehsal xərclərinin yüksək olması və həmin xərclərin qarşılığında gəlirin kifayət qədər təmin edilməməsidir. Yanacaq, gübrə, toxum, dərman preparatları, texnika, suvarma, əməkhaqqı və logistika xərclərinin artması fermerin maya dəyərini yüksəldir. Digər tərəfdən, fermer məhsulu bazara çıxaranda qiymətin hansı səviyyədə olacağını əvvəlcədən tam müəyyən edə bilmir. Bu da kənd təsərrüfatında gəlirliliyi proqnozlaşdırmağı çətinləşdirir.

Su məsələsi də getdikcə daha strateji problemə çevrilir. Xüsusilə iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və bəzi ərazilərdə suvarma infrastrukturunun köhnəlməsi fermerin məhsuldarlığına ciddi təsir göstərə bilər. Ona görə də yalnız fermerə subsidiya verməklə problemi həll etmək mümkün deyil. Suvarma sistemləri yenilənməli, su itkiləri azaldılmalı, daha qənaətcil və moderin texnologiyaların tətbiqi genişləndirilməlidir. Məsələn, yağış damcı yolu ilə suvarma suya tələbatı 8-10 dəfə azaldır və məhsuldarlığı isə 40-50% artırır. Bu da məhsulun maya dəyərini təxminən elə bu qədər azaltmaq deməkdir. Amma hazırda suvarılan torpaqların təxminən 10%-i bu üsullarla suvarılır.

Maliyyə məsələsində də oxşar vəziyyət var. Fermerin uzunmüddətli və münasib şərtlərlə kreditə çıxışı olmasa, müasir texnologiyaya investisiya etmək çətinləşir. 2026-2030-cu illər üçün qəbul edilmiş yeni Dövlət Proqramında fermerlərin güzəştli kreditlərə çıxışının yaxşılaşdırılması, kredit, zəmanət və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi, həmçinin aqrar kredit kooperativlərinin yaradılması kimi tədbirlər nəzərdə tutulur.

Subsidiyalara gəlincə, məncə, onları fermerin bütün istehsal xərclərini qarşılayan mexanizm kimi qiymətləndirmək düzgün deyil. Subsidiyanın əsas məqsədi istehsalın müəyyən hissəsini dəstəkləmək, fermerin risklərini azaltmaq və onu daha məhsuldar fəaliyyətə stimullaşdırmaqdır. Əgər subsidiya bütün xərcləri tam ödəsə, bu artıq istehsalın öz gəlirliliyi məsələsini kölgədə qoya bilər. Yeni Dövlət Proqramında subsidiyanın fəlsəfəsini dəyişərək, əkinə görə deyil, məhsula görə verilməsi önəmli faktordur. Amma digər tərəfdən, subsidiya ilə yanaşı bazar, su, kredit, sığorta və logistika problemləri həll edilməzsə, subsidiyanın təsiri də məhdud qalacaq.

Ona görə subsidiya məbləğinin müəyyən edilməsi zamanı sadəcə hektara və ya məhsul növünə görə sabit yanaşma kifayət etməyə bilər. İstehsalın real maya dəyəri, regionlar üzrə fərqlər, su təminatı, məhsuldarlıq, bazar qiymətləri və fermerin üzləşdiyi risklər də nəzərə alınmalıdır. Aqrar sığorta ilə subsidiya mexanizmlərinin əlaqələndirilməsi də bu baxımdan əhəmiyyətlidir. Yeni Dövlət Proqramında bu istiqamətdə də ayrıca tədbirlər nəzərdə tutulub.

Əslində burada əsas məsələ təkcə subsidiyanın artırılması deyil, fermerin gəlir əldə edə biləcəyi dayanıqlı sistemin qurulmasıdır. Fermer məhsul istehsal edir, amma məhsulunu sərfəli qiymətə sata bilmirsə, subsidiya problemi yalnız qismən həll edir. Buna görə məhsulun tədarükü, saxlanması, soyuducu anbarlar, emal müəssisələri, logistika, ixrac imkanları və fermerlə alıcı arasında uzunmüddətli müqavilələrin inkişaf etdirilməsi də vacibdir.

Müsbət məqam ondan ibarətdir ki, artıq bu problemlərin ayrı-ayrılıqda deyil, kompleks şəkildə həllinə yönəlmiş yeni Dövlət Proqramı qəbul edilib. Prezidentin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən 2026-2030-cu illər üçün Dövlət Proqramının əsas məqsədlərindən biri rəqabətqabiliyyətli və intensiv kənd təsərrüfatına keçidin sürətləndirilməsidir. Sənəddə maliyyələşmə, kreditlər, su təminatı, müasir texnologiyalar, istehsal və emal, aqrar sığorta və subsidiya mexanizmləri ilə bağlı müxtəlif tədbirlər nəzərdə tutulub.

İndi əsas məsələ proqramın qəbul edilməsi deyil, onun necə və nə dərəcədə icra olunacağıdır. Çünki fermer üçün proqramın kağız üzərində mövcud olmasından daha vacib olan onun gündəlik fəaliyyətində nəticəsini görməsidir. Əgər fermer daha ucuz maliyyə əldə edə bilirsə, su təminatı yaxşılaşırsa, müasir texnikaya çıxışı artırsa, məhsulunu əvvəlcədən müəyyən edilmiş və ədalətli qiymət mexanizmi ilə sata bilirsə və risklərə qarşı sığortalana bilirsə, onda dövlət dəstəyinin real effekti ortaya çıxacaq. Dövlət Proqramının icrasına nəzarət və monitorinq də ayrıca nəzərdə tutulub və tədbirlərin icrası barədə ildə bir dəfə məlumat verilməsi müəyyən edilib.

Yəni Azərbaycan fermerinin problemini əsas problem sudur və ya əsas problem subsidiyanın azlığıdır deyə bir məsələyə bağlamaq düzgün deyil. Problem sistemlidir və həlli də sistemli olmalıdır. Fermerin xərcləri aşağı salınmalı, məhsuldarlığı artırılmalı, su və maliyyə təminatı yaxşılaşdırılmalı, məhsulun satış bazarı genişləndirilməli və gəlirin proqnozlaşdırılması mümkün edilməlidir. Əgər 2026-2030-cu illər üçün qəbul edilmiş Dövlət Proqramı bu istiqamətlərin hamısında real nəticə verə bilsə, o zaman fermer üçün sadəcə subsidiya alan istehsalçı deyil, dayanıqlı və rəqabətqabiliyyətli sahibkar modeli formalaşdırmaq mümkün olacaq".

Yazı Medianın İnkişafı Agentliyinin "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc edilib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 117   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.