Beyni yoxdur, amma öyrənir: Alimləri heyrətləndirən sirli canlı
Beyni və sinir sistemi olmayan bir canlının öyrənməyə və problem həll etməyə bənzər davranışlar nümayiş etdirməsi elm dünyasında ciddi müzakirələrə səbəb olub.
Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, söhbət Physarum polycephalum adlı selikli kifdən gedir. Bu canlı beyni və sinir sistemi olmamasına baxmayaraq, ətraf mühitdən gələn məlumatlara uyğun davranışını dəyişə bilir.
Alimlərin apardığı təcrübələr zamanı Physarum-un qida mənbəyinə çatmaq üçün müxtəlif yolları sınaqdan keçirdiyi və sonda daha səmərəli marşrutu seçdiyi müşahidə olunub.
Təcrübələrin birində canlı labirintə yerləşdirilib. Qidaya aparan yolu axtaran Physarum lazımsız istiqamətləri tədricən aradan qaldıraraq ən qısa marşrutu saxlayıb.
Daha maraqlı nəticə isə Tokio ilə bağlı təcrübədə əldə olunub. Tədqiqatçılar Tokio və ətrafındakı 35 məntəqəni təmsil edən qida parçalarını yerləşdiriblər. Physarum bu nöqtələri birləşdirən şəbəkə yaradıb və ortaya çıxan quruluş şəhərin real dəmir yolu şəbəkəsinə olduqca bənzəyib.
Canlının bir növ "yaddaş" nümayiş etdirə bildiyi də müəyyənləşdirilib. Physarum hərəkət etdikcə arxasında selikli iz buraxır və sonradan həmin izlərdən istifadə edərək əvvəllər araşdırdığı ərazilərdən yayınır.
Bəzi təcrübələr isə onun müəyyən hadisələrin vaxtını "öyrənə" biləcəyinə dair ehtimallar yaradıb. Məsələn, müəyyən fasilələrlə soyuq və quru şəraitə məruz qalan canlı bir neçə təkrardan sonra mənfi şəraitin baş verəcəyi vaxta yaxın hərəkətini yavaşladıb.
Bu nəticələr alimlər arasında sual doğurub: Zəka və öyrənmə üçün mütləq beyin lazımdırmı?
Bir qrup alim belə davranışların zəkanın daha geniş formada başa düşülməsinə əsas verə biləcəyini düşünür. Digərləri isə "zəka" və "yaddaş" kimi anlayışların beyinsiz orqanizmə tətbiq edilməsinin yanıltıcı ola biləcəyini bildirir.
Physarum-un davranışları hələ onun "düşündüyünü" sübut etmir. Lakin bu canlı öyrənmə, yaddaş və problem həllinin yalnız beyin və neyronlarla mümkün olduğu barədə təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə səbəb olur.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 371 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
08.10.2026 379 Bakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
04.10.2026 256 Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
04.10.2026 368 Ucuz Telefon satışı elanları Tezbazar.Az-da
Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız
08.10.2026 199 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi
"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin
14:20 144 Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
15:10 136 Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. BİG.AZ -
00:36 209 Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
04.10.2026 272 İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə
Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəz
04.10.2026 216