Əhalinin borclanması: Problem nə vaxt başlayır?
"Sovet dövründə insanların banklara kütləvi şəkildə borclanması indiki kimi geniş yayılmış deyildi. Çünki həmin dövrdə bank sistemi və kredit münasibətləri tamamilə fərqli idi. Bu gün isə kredit iqtisadiyyatın normal maliyyə alətlərindən biridir. Burada əsas məsələ borcun mövcudluğu deyil, onun əhalinin gəlirlərinə uyğun və sağlam səviyyədə olmasıdır".
Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki, əhalinin banklara olan borcunu tamamilə aradan qaldırmaq nə real, nə də iqtisadi baxımdan məqsədəuyğundur. Əsas problem insanların gəlirlərinin böyük hissəsini kredit ödənişlərinə yönəltməyə məcbur olmasıdır. Xüsusilə istehlak kreditlərinin sürətlə artması gələcək gəlirlərin indidən xərclənməsi deməkdir və bu, ailələrin maliyyə dayanıqlığını zəiflədir:
"Bu vəziyyətdən çıxış üçün ilk növbədə əhalinin gəlirləri artırılmalı, kredit faizləri və digər borclanma xərcləri aşağı salınmalı, bankların kredit siyasətində borcalanın real ödəmə qabiliyyəti daha ciddi nəzərə alınmalıdır.
Eyni zamanda, əhalinin maliyyə savadlılığının artırılması da vacibdir. İnsanlar kreditin əlavə gəlir deyil, gələcək gəlirlər hesabına götürülən maliyyə öhdəliyi olduğunu düzgün qiymətləndirməlidirlər.
Yəni əsas məqsəd banklara olan borcu sıfırlamaq deyil, borclanmanı idarəolunan səviyyəyə gətirmək olmalıdır. Əgər insanların gəlirləri kredit ödənişlərindən daha sürətlə artırsa və borcun əsas hissəsi gəlir gətirən məqsədlərə, məsələn, mənzil, təhsil və biznesə yönəldilirsə, bank borcu iqtisadi problem deyil, inkişaf alətinə çevrilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 222 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyandan rus dili ilə bağlı gözlənilməz açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatılır. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, o, bunu hökumətin iclasında ixtisaslarını artıran məmurlar üçün bonusların müzakirəsi zamanı açıqlayıb. "Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçili
11:48 172 İlham Əliyev Orta Dəhlizi "Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut" kimi xarakterizə edib
"Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün nəqliyyat və enerji bağlantılarının inkişafı yeni iqtisadi imkanlarla yanaşı, uzunmüddətli strateji əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Türkiyəni
11:23 174 "Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOV
"Türk Dövlətləri Təşkilatının təkamül dinamikası müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya modellərinin yenidən formalaşmasının və güclənməsinin bariz nümayişidir. Təşkilatın bugünkü geostrateji çəkisi və beynəlxalq arenadakı mövqeyi bilavasitə Azərbaycan Respublikasının Prezident
10:26 234 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib. "Qafqazinfo"
10:30 154 Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:45 166 Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?
"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin dah
11:59 166 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi
Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır
10:38 208 Rusiya-Ukrayna müharibəsində gərginlik artır: qarşılıqlı zərbələr davam edir
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları və diplomatik səylər fonunda gərginlik davam edir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə dron və raket zərbələri endirib. Kiyev və ətraf ərazilərə hücumlar nəticəsində azı 19 nəfərin, o cümlədə
16:08 121 Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı
Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir
16:16 94