Nəqliyyatda böhran, taksidə bahalaşma: Qiymətlər niyə kəskin artırılır? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda nəqliyyat sistemində yaranan problemlər fonunda taksi xidmətlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artması vətəndaşların xərclərinə əlavə yük yaradır. Xüsusilə ictimai nəqliyyatda yaranan çətinliklər səbəbindən taksidən istifadə edənlərin sayının artması qiymət məsələsini yenidən gündəmə gətirir.
Bəs nəqliyyatda yaranmış vəziyyətdən istifadə edərək taksi xidmətlərinin qiymətlərinin 2-3 dəfə artırılması nə dərəcədə əsaslıdır? Taksi şirkətləri qiymətləri hansı meyarlar əsasında müəyyənləşdirir və bu artım bazar şərtləri ilə nə qədər uzlaşır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, nəqliyyat sistemində yaranmış çətin vəziyyətdən istifadə edərək taksi qiymətlərinin 2-3 dəfə artırılması iqtisadi baxımdan tamamilə əsassız yanaşma deyil, çünki tələbin kəskin artması qiymətlərə təsir edə bilər. Lakin burada söhbət sadəcə bazar tələbindən yox, insanların alternativ nəqliyyat imkanlarının məhdudlaşmasından gedirsə, vəziyyət bir qədər fərqlidir. İnsanlar məcbur qaldıqları üçün taksidən istifadə edirlərsə, bu, qiymət artımını xüsusilə həssas məsələyə çevirir. Biri var, əhalinin imkanları geniş olduğundan taksiyə tələbat artır, bir də var ki, əhali naəlac qalaraq taksiyə üz tutur. Bakıda ikincidi, bunu taksiyə şirkətləri öz marketinq strategiyasında nəzərə almalıdır.
Taksi xidmətində qiymətin yüksəlməsinə yanacaq, avtomobilin saxlanması, sürücünün gəliri və artan tələb kimi amillər də təsir edə bilər. Ancaq qısa müddətdə qiymətin 2-3 dəfə artırılması bu xərclərin artımı ilə izah edilə bilməz. Burada əsas amil məcburi tələbin süni şəkildə yüksək olması və dinamik tarif mexanizminin işləməsidir.
Məsələnin digər tərəfi rəqabətdir. Bazarda kifayət qədər alternativ taksi və ictimai nəqliyyat imkanları olsaydı, şirkətlərin qiymətləri bu qədər kəskin artırmaq imkanı da məhdudlaşardı. Ona görə də belə vəziyyətlərdə əsas problem təkcə taksi şirkətlərində deyil, şəhərin alternativ nəqliyyat imkanlarının yetərli olmamasındadır.
Taksi xidmətinin qiyməti bazar prinsipləri ilə formalaşa bilər, amma fövqəladə vəziyyətdən və insanların məcburiyyətindən həddindən artıq qazanc əldə etmək cəmiyyət baxımından düzgün yanaşma deyil. Burada dövlətin və aidiyyəti qurumların vəzifəsi qiyməti inzibati qaydada müəyyənləşdirməkdən daha çox, rəqabəti qorumaq və sərnişinlərin alternativ nəqliyyat imkanlarını təmin etməkdir.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 350 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDavid Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ
"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan
11:52 135 Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X"
08:00 111 Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi
11:31 112 Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba
15.09.2026 236 Əraqçi Pekinə gedəcək
İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü rəsmi səfərlə Pekinə gedəcək. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Əraqçi bu səfər çərçivəsində çinli həmkarı ilə görüşəcək. Bəqaini
15.09.2026 218 Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans
Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia
11:50 132 İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. Azərtac-a istinadən xəbər verir ki, müraciətdə qeyd olunur:. "Hörmətli konfrans iştirakçıları!
12:34 53 İrəvanın "ikibaşlı" sülh gündəliyi - millət vəkili Pərvanə Vəliyevadan AÇIQLAMA
"Azərbaycan və Ermənistan sülhə daha da yaxınlaşdığı bir dövrdə, artıq 22-cisi təşkil olunan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura bu dəfəki səfərinə Ermənistan hakimiyyətinin kəskin reaksiyası qəbuledilməzdir. Təhlillər göstərir ki, aparıla
10:09 163 Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun növbəti erməni provokasiyalına cavab olaraq keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren hüququdur. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter almışdır. Azərbaycan dövlət
11:35 136