Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA

Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMAKanada ilə ABŞ arasında uzun illər yaxın tərəfdaşlıq üzərində qurulan münasibətlər yeni sınaqla üz-üzədir. Donald Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və Ottavanın buna cavab olaraq ABŞ məhsullarına qarşı rüsumları artırması iki ölkə arasında ticarət gərginliyini daha da dərinləşdirib. Gərginliyin fonunda Kanada ABŞ-dan iqtisadi asılılığını azaltmaq və alternativ tərəfdaşlıqları gücləndirmək istiqamətində addımlar atır.

Baş nazir Mark Karni Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq imkanlarını müzakirəyə çıxarıb. Bəs Kanada ilə ABŞ arasında münasibətlər hansı istiqamətdə inkişaf edə bilər? Bu qarşıdurma iki ölkənin iqtisadiyyatına və Şimali Amerika ticarət sisteminə necə təsir göstərəcək?
Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Kanada barədə "Kanada ABŞ ştatı statusuna bərabər üstünlüklər əldə etmək istəyir, lakin ştat olmaq istəmir. Bundan əlavə, onlar uzun illər ərzində bizim möhtəşəm fermerlərimizə böyük gömrük rüsumları tətbiq ediblər. Artıq belə olmayacaq" deyə yazı paylaşıb. Onun sözlərinə görə, Donald Tramp əvvəllər də bir çox ABŞ-a aid olmayan ölkə və ərazilər barədə təxminən oxşar fikirlər səsləndirərkən, Kanadanın ABŞ-ın ştatına çevrilməsi ideyasını irəli sürmüşdü: "Şübhəsiz ki, rəsmi Ottava da Baş nazir Mark Karni timsalında adekvat cavab verdikdən sonra ABŞ-la Kanada arasında ticarət-iqtisadi münasibətlər gərginləşib.

Kanadanın Avropaya yaxınlaşması, ilk növbədə, ABŞ-ın iqtisadi təzyiq və təhdidlərindən sığortalanmaq istiqamətində inkişaf etdirdiyi kursdur. Bunun da zərurətdən yarandığını düşünürəm. Bu yaxınlaşma ABŞ-la münasibətlərdə gərginlik yaratsa da, eyni zamanda rəsmi Ottavanın özünü sığortalamaq cəhdidir.

Donald Trampın ABŞ və bir çox dövlətlərlə yaratdığı gərginliyin post-Tramp dövründə yeni formatda formalaşacağını proqnozlaşdırırıq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 830   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.