Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq
"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, istehlakçı üçün ən böyük risk, xüsusilə də evin kupçasının, yəni dövlət qeydiyyatının olmamasıdır. Torpaq sahəsinin sənədli olması həmin torpağın üzərində inşa edilmiş evin də avtomatik olaraq hüquqi baxımdan rəsmiləşdirildiyi anlamına gəlmir. Torpağın təyinatı, tikintinin qanuniliyi, müvafiq icazə və ya məlumatlandırma prosedurlarının həyata keçirilib-keçirilməməsi, eləcə də tikilinin dövlət qeydiyyatına alınıb-alınmaması ayrıca yoxlanılmalıdır:
"Bəzən satıcılar alıcıya "evin kupçası yoxdur, amma sonradan çıxarılacaq" vədi verirlər. Lakin belə vədlərə yalnız şifahi şəkildə əsaslanaraq əmlak almaq ciddi risk daşıyır. Çünki sonradan həmin tikilinin dövlət qeydiyyatına alınmasına hüquqi və ya texniki maneələr ortaya çıxa bilər.
Digər tərəfdən, evin bazardakı analoji əmlaklardan nəzərəçarpacaq dərəcədə ucuz təklif olunması da alıcı üçün əlavə araşdırma siqnalı olmalıdır. Ucuzluğun səbəbi tikinti xərclərinin optimallaşdırılması ilə bağlı ola bilər, lakin torpağın hüquqi statusu və ya tikilinin sənədləşdirilməsi ilə bağlı problem də istisna edilmir.
Ona görə belə evlərin alınmasını ümumilikdə etibarsız hesab etmək düzgün deyil. Əsas məsələ konkret əmlakın hüquqi və texniki vəziyyətinin peşəkar şəkildə yoxlanılmasıdır.
Alıcı yalnız satıcının təqdim etdiyi sənədlərlə kifayətlənməməli, torpağın hüquqi statusunu, tikintinin qanuniliyini və evin dövlət qeydiyyatına alınmasının mümkün olub-olmadığını rəsmi qaydada araşdırmalıdır.
Əmlak alarkən əsas meyar yalnız qiymət və evin görünüşü deyil, onun hüquqi təhlükəsizliyidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 236 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyandan rus dili ilə bağlı gözlənilməz açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatılır. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, o, bunu hökumətin iclasında ixtisaslarını artıran məmurlar üçün bonusların müzakirəsi zamanı açıqlayıb. "Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçili
11:48 172 İlham Əliyev Orta Dəhlizi "Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut" kimi xarakterizə edib
"Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün nəqliyyat və enerji bağlantılarının inkişafı yeni iqtisadi imkanlarla yanaşı, uzunmüddətli strateji əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Türkiyəni
11:23 174 "Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOV
"Türk Dövlətləri Təşkilatının təkamül dinamikası müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya modellərinin yenidən formalaşmasının və güclənməsinin bariz nümayişidir. Təşkilatın bugünkü geostrateji çəkisi və beynəlxalq arenadakı mövqeyi bilavasitə Azərbaycan Respublikasının Prezident
10:26 234 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib. "Qafqazinfo"
10:30 154 Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:45 166 Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?
"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin dah
11:59 166 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi
Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır
10:38 208 Rusiya-Ukrayna müharibəsində gərginlik artır: qarşılıqlı zərbələr davam edir
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları və diplomatik səylər fonunda gərginlik davam edir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə dron və raket zərbələri endirib. Kiyev və ətraf ərazilərə hücumlar nəticəsində azı 19 nəfərin, o cümlədə
16:08 121 Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı
Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir
16:16 94