Merz: Ukrayna müharibəsində həlledici həftələr və aylar qarşıdadır

Merz: Ukrayna müharibəsində həlledici həftələr və aylar qarşıdadırAlmaniya kansleri Fridrix Merz Ukraynada davam edən müharibə ilə bağlı qarşıdakı həftə və ayların Avropanın gələcəyi baxımından həlledici ola biləcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, Merz bu barədə Finlandiyada keçirilən Avropa-Arktika sammitində çıxışı zamanı danışıb. Almaniya hökumətinin başçısının sözlərinə görə, hazırda Avropanın azadlığının və sülhünün qorunması baxımından kritik mərhələ başlayır.

"Çox güman ki, qarşıda həlledici məqamlar var - bəlkə də həftələr və ya aylar", - deyə Merz bildirib.

Kansler Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb. O, rəhbərlik etdiyi hökumətin Kiyevə dəstəyi qorumaq üçün əlindən gələni edəcəyini və bunun Almaniyanın maraqlarına uyğun olduğuna cəmiyyəti inandırmağa çalışacağını deyib.

Merz Avropa ölkələrinin Ukraynaya yardım məsələsində müəyyən fikir ayrılıqları ilə üzləşdiyini də etiraf edib. Bununla belə, onun sözlərinə görə, müzakirələr zamanı Avropa dövlətləri dəfələrlə eyni nəticəyə gəlirlər: müharibə başa çatana qədər mövqelərindən geri çəkilməmək və birlikdə hərəkət etmək lazımdır.

"Bu dəhşətli müharibə başa çatana qədər indi möhkəm dayanmalıyıq", - Almaniya kansleri deyib.

O, Rusiyanın müharibədə uğur qazanmasının Avropa üçün ciddi nəticələrə səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib. Bildirib ki, belə bir ssenarinin nəticələri bütün Avropa, o cümlədən Almaniya üçün "proqnozlaşdırılması mümkün olmayan və misli görünməmiş" xarakter daşıya bilər.

Kanslerin fikrincə, məhz bu səbəbdən Almaniya Ukraynaya dəstəyini davam etdirməlidir. O, Avropanın təhlükəsizliyi və sülhünün qorunmasını tarixi məsuliyyət kimi qiymətləndirib.

Mertsin Finlandiyadakı açıqlaması Berlinin Ukraynaya hərbi və siyasi dəstəyi davam etdirmək niyyətinin dəyişmədiyini göstərir. Kanslerin "həlledici həftələr və aylar" barədə xəbərdarlığı isə Ukrayna müharibəsinin yalnız cəbhədəki vəziyyət deyil, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturası baxımından kritik mərhələyə daxil olduğu barədə qiymətləndirmə kimi təqdim olunur.

Sammitdə digər Avropa liderləri də Ukraynadakı müharibənin qitənin təhlükəsizliyi baxımından əhəmiyyətinə diqqət çəkiblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.