Süni intellekt və gələcək

Süni intellekt və gələcəkSüni intellekt artıq həyatımızın bir çox sahəsinə daxil olub. Təhsil, səhiyyə, biznes və hətta gündəlik məişətdə süni intellektdən istifadə genişlənir. Bəs texnologiyanın sürətli inkişafı gələcəyimizi necə dəyişəcək? Süni intellekt iş yerlərimizi əlimizdən alacaq? İnsan əməyini tamamilə əvəz etmək realdırmı? Gənclər indidən hansı sahələrə və bacarıqlara yönəlməlidirlər?

Mövzu ilə bağlı BiG.AZ-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev süni intellektin gələcəyi ilə bağlı şərh verib:
Süni intellekt və gələcək"Süni intellekt (Sİ) son illərdə həyatımızın bir çox sahəsinə nüfuz edib və bu tendensiyanın davam edəcəyi gözlənilir. Kino sahəsində, ssenari yazılmasında, istehsal proseslərində, şəkil və video emalı kimi tətbiqlərdə qarşımıza çıxır. Bu gün film və seriallarda realistik vizual effektlərin yaradılmasında, avtomatik səs və ssenari yazılmasında da istifadə olunur.

Süni intellekt, insan zəkasının simuliyasiya edən, insan kimi davranan və insana bənzər funksiyaları təqlid etməyə çalışan sistem və texnologiyadır. Təbii dil emalı, məntiqi təhlil, şəkil tanıma, maşın öyrənmə (ML), dərin öyrənmə (DL) kimi sahələrdən istifadə edir" .
Ekspert süni intellektin müsbət tərəflərinə toxunaraq bildirib ki, o təkrarlanan və monoton işlərdə iş səmərəliliyini artırır. Böyük verilənlər bazasından analizlər edərək daha doğru proqnozlar və qərarlar verir. Tibb, avtomobil sənayesi, təhsil, nəqliyyat kimi sahələrdə innovativ həllər təqdim edir. Kino və musiqi sahələrində yeni üsullar və təcrübələr təqdim edir.

Mütəxəssis süni intellektin doğura biləcəyi fəsadlardan da bəhs edib:

"Süni intellektdə qərarlarının necə verildiyi, şəxsi məlumatların necə qorunduğu və buna oxşar məsələlər etik narahatlıqlara yol aça bilər. Bəzi sahələrdə insanların yaradıcı və fərdi yanaşmasını əvəz edə bilər. İnsanlar həyatlarını tamamilə süni intellektə etibar etməyə başladıqda, bu asılılıq sosial və psixoloji problemlərə səbəb ola bilər" .
İşsizlik məsələsi və süni intellektin insanı əvəzləməsi barədə məsələyə gəlincə isə, Bəhruz Əliyev bildirib ki, süni intellektin inkişafı ilə bir çox işin avtomatlaşdırılması mümkündür:

"Məsələn, sürücüsüz avtomobillər, robotlar, avtomatlaşdırılmış müştəri xidmətləri və s. Əgər bir çox sənayedə işçilər yerinə Sİ texnologiyaları istifadə olunarsa, bu, müəyyən sahələrdə lokal olaraq, işsizlik yaratmaq potensialına malikdir. Xüsusilə, təkrarlanan və mexaniki işlərdə çalışan insanlar bu dəyişikliklərdən təsirlənə bilər. Bununla belə, yeni texnologiyalar da yeni iş yerləri yarada bilər. Məsələn, süni intellekt sistemlərinin inkişafı üçün daha çox proqramçı, məlumat analitikləri və mühəndislər tələb oluna bilər.

Misal ilə izah edək: 100 il əvvəl at sürürdük, ona görə də nalbəndlər vardı. Sona maşın sürməyə başladıq. Tədricən nalbənd fəaliyyəti öz yerini maşın ustaları ilə dəyişdi. Həm də çox şaxəli maşın ustalığı yarandı. Maşın ustası olaraq, nalbəndlərdən daha çox insan üçün iş yeri oldu. Bu birdən baş vermədi, tədricən baş verdi. Heç bir nalbəndin maşın ustalarına etirazı olmadı, maşın ustalarına görə nalbəndlər də ac qalmadı. Daha çox insana daha çox iş yeri yarandı. Bu tədrici prosesdir və öz üzərində inkişafı üçün çalışmayan hər kəs mövqeyini itirəcəkdir. Bu məsələlər barədə kifayət qədər tədqiqatlar da mövcuddur. Bununla yanaşı, insanlar yalnız texnoloji tərəfdən deyil, həm də emosional, yaradıcı və strateji sahələrdə üstünlük təşkil etməyə davam edəcəklər. Bu səbəbdən Sİ-nin tamamilə hər bir şeyi əvəz etməsi mümkün olmasa da, əmək bazarındakı bəzi dəyişikliklərə səbəb olacağı qaçılmazdır".

Tədqiqatçının sözlərinə görə, süni intellektin gələcəkdə daha da geniş sahələrdə istifadəsi gözlənilir:

"Məsələn: tibb, müalicə və səhiyyə xidmətlərinin optimallaşdırılması, erkən xəstəlik diaqnozu üçün daha geniş istifadə ediləcək. Sürücüsüz avtomobillərin daha geniş yayılması, məşhurların və personajların təqlidini edən süni intellekt modelləri ilə yeni film və musiqilərin yaradılması kimi hadisələr var və genişlənəcəyini proqnozlaşdırmaq mümkündür. Süni intellektin həyatımıza təsiri genişlənəcək və buna uyğun olaraq həm müsbət, həm də mənfi təsirlərin tarazlaşdırılması vacib olacaq. Əsas nəzərdən qaçmaması gərəkli olan məsələ süni intellektin etik istifadəsini dünya birliyi olaraq, ortaya qoymaq və icbari hala gətirməkdir. Ümid edirəm dünya bu məsələdə gecikməyəcək".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 338
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 202
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 238
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 218
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.