AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - İddia
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan "Bakı 4 №-li Yol İstismarı" MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur.
Tribuna.az-a bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib.
O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:
"Yasamal rayonunda yerləşən "Royal Park"ın yanı, sosial evlərə gedən yolun çəkilişi üçün Fazil Musayev məndən ağır tonnajlı maşın istəmişdi. Mən də əvvəlcədən danışdığımız məbləğə əsasən maşını verdim. Lakin bu günə qədər də pulumu verməyib".
Qeyd edək ki, Fazil Musayevin adı mediaya yad deyil. Onun adı müxtəlif qalmaqallarda hallanıb.
Belə ki, havaya qatı və kəskin qoxulu tüstünün buraxılmasına görə Fazil Musayevin "Bakı 4 №-Li Yol İstismarı" MMC-sinə məxsus Balaxanı asfalt zavodu bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilərək cərimələnib.
ETSN-nin xəbərdarlıq və cərimələrinə baxmayaraq, Fazil Musayev havaya qatı tüstü buraxan və havanı zəhərləyən asfalt zavodunu işlətməkdə davam edir.
Qeyd edək ki, "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev AAYDA-nın keçmiş İdarə Heyətinin sədri Saleh Məmmədova yaxınlığı ilə tanınıb.
İddialara əsasən, məhz bu yaxınlığa görə Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın qanunsuz satışını da həyata keçirib.
Xatırladaq ki, iyul ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edilsə də, siyahıda "Bakı 4 №-li Yol İstismarı" MMC-nin adı yox idi.
Qarşı tərəfi dinləməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 780 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
05.11.2026 255 Ərdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
05.11.2026 338 Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik
Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini
05.11.2026 202 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 238 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 187 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 243 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 218 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 142 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256