"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" maaşımızı vermir" - Şikayət"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı Musavat.com-a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib.

Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlayn rejimə keçirməsindən sonra yarandığını bildirirlər. İddialara görə, həmin vaxt rəhbərlik maliyyə çətinliklərinin olduğunu və problemin zamanla həll ediləcəyini deyib. Keçmiş işçilərin sözlərinə görə, daha sonra restoran şəbəkəsinin rəhbərliyi dəyişib. Yeni rəhbərlik əvvəlki dövrdən qalan borclara görə məsuliyyət daşımadığını bildirib və alacağı olan bir sıra əməkdaş işdən çıxarılıb.

Musavat.com-a müraciət edən keçmiş əməkdaş Rüfət Əlimərdanov Zəfər oğlu bildirib ki, onun təxminən 12 400 manat əməkhaqqı alacağı qalıb. "Şirkət başqa bir sahibkara keçəndə bizi işdən çıxardılar. Həmin dövrdə mənim 9 ay ərzində yığılan əməkhaqqım qaldı. Halbuki qanuni şəkildə işləyirdim, sistemdə adım və qeydiyyatım var idi. Həmin 9 aylıq əməkhaqqım artıq 4 ilə yaxındır ki, ödənilmir", - deyə şikayətçi bildirib.
"Burger King" maaşımızı vermir" - ŞikayətOnun sözlərinə görə, keçmiş işçilər məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etsələr də, nəticədə pullarını ala bilməyiblər: "Dövlət Əmək Müfəttişliyinə müraciət etmişik. Bizdən ərizə alırlar və həmin şəxsi cərimələyirlər. Amma cərimə tətbiq olunsa da, pul bizə gəlib çatmır. Həmin şəxs də hələ də borcunu ödəməyib. Deyir ki, "Mən şəbəkəni satmışam, hələ mənə pul ödəmirlər. Ona görə də sizin maaşınızı ödəyə bilmirəm".

Dövlət qurumlarının müxtəlif instansiyalarına da müraciət etmişik. Amma indiyədək pulumuzu ala bilmirik", - deyə Rüfət Əlimərdanov bildirib. Şikayətçinin sözlərinə görə, hazırda 30-35 keçmiş əməkdaşın müxtəlif məbləğlərdə əməkhaqqı alacağı qalıb. "İşlədiyimiz dövrdə əməkhaqqı bəzən 2-3 ay yığılırdı. İşin necə getdiyini dəqiq bilmirdik, bizə deyirdilər ki, ödənişlər ediləcək. Beləliklə, borc aylar ərzində yığıldı. Nəhayət, restoran bağlandı və bizim əməkhaqlarımız da ödənilmədi", - deyə o qeyd edib.

Rüfət Əlimərdanov həmin dövrdə restoranın rəhbərinin Abbas Mirzəyev olduğunu bildirib. Onun sözlərinə görə, daha sonra şirkət başqa sahibkara keçib. Şikayətçi yeni rəhbərliyin kim olduğunu bilmədiyini, həmin şəxslə heç görüşmədiyini deyib. "Mən bildiyimə görə, şirkət daha sonra "KFC" restoranlar şəbəkəsinin tərkibinə keçib. Yeni rəhbərliklə isə heç görüşməmişik. Onun adını bilmirəm, görməmişəm. Ona görə də həmin rəhbərlik barədə dəqiq nəsə deyə bilmərəm", - deyə o bildirib.

Keçmiş əməkdaşın sözlərinə görə, restoran bağlandıqdan sonra işçilərin yeni açılan restoranlarda işlə təmin olunacağı bildirilsə də, bu da baş verməyib. Rüfət Əlimərdanov keçmiş rəhbər Abbas Mirzəyevlə hazırda da əlaqə saxladığını və borcun ödənilməsi ilə bağlı vaxtaşırı müraciət etdiyini deyib.

"Abbas Mirzəyevlə əlaqə saxlayıram. Arada ona vəziyyətimizi və borcumuzu xatırladırıq. O da ayda bir dəfə 50 və ya 100 manat göndərir və deyir ki, "Bundan başqa imkanım yoxdur". Mənim hesablamama görə, mənə 12 400 manata yaxın pul ödənilməlidir. Digər işçilərin də alacaqlarını nəzərə alsaq, söhbət kifayət qədər böyük məbləğdən gedir. Mən orada menecer vəzifəsində çalışmışam. Məndən daha yüksək vəzifədə olan əməkdaşlar da var. Onların bəzilərinin 15-16 min, bəzilərinin 7 min, digərlərinin isə 3-4 min manat civarında alacağı qalıb", - deyə o bildirib.

Şikayətçi əmək münasibətlərinin rəsmi şəkildə rəsmiləşdirildiyini, lakin sosial ödənişlərlə bağlı da problem yarandığını iddia edib.

"Burger King" restoranlar şəbəkəsinin, eləcə də adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 338
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

05.11.2026 202
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 238
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 218
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.