İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib
Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni, tam təmirli mənzillərlə təmin olunacaq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimində bildirib ki, bu, indiyədək həyata keçirilən ən böyük layihədir.
Onun sözlərinə görə, layihəyə 280 milyon lari (təxminən 108 milyon dollar - red) sərmayə qoyulub və Tbilisidə müasir standartlara cavab verən yaşayış kompleksi yaradılıb.
İ. Kobaxidze qeyd edib ki, kompleks 11 bina və 2 400-dən çox mənzildən ibarətdir.
Baş nazir məcburi köçkünlərin layiqli mənzillə təmin edilməsinin hökumətin dəyişməz prioriteti olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Tbilisi ilə yanaşı, regionlarda da layihələr həyata keçirilir.
İ.Kobaxidze bildirib ki, Rustavidə 800 ailə üçün 4 bina, Zuqdididə 7 yeni binada 1 700-dən çox mənzil, Borjomidə isə 150 ailə üçün mənzillər inşa olunur. Ötən il Kutaisidə 720 mənzildən ibarət kompleksin tikintisi başa çatdırılıb.
O, həmçinin qeyd edib ki, 2012-ci ildən bəri Gürcüstanda 45 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib.
Baş nazir bildirib ki, bu müddətdə təxminən 450 ağır və təcili vəziyyətdə olan kompakt yaşayış məntəqəsi bağlanıb və minlərlə insan daha yaxşı yaşayış şəraiti ilə təmin olunub.
Onun sözlərinə görə, təkcə 2026-cı ildə məcburi köçkünlərin mənzillə təmin olunması istiqamətində 240 milyon lari (təxminən 93 milyon dollar) xərclənəcək.
Qeyd edək ki, Avropa Şurasının 2025-ci il üzrə hesabatında Gürcüstan hakimiyyətinə istinadən 299 847 nəfərin məcburi köçkün statusuna malik insan olduğu bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 718 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 143 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 168 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 218 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
05.11.2026 241 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 238 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
05.11.2026 416 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 290 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 178