GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...
Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətləri arasında ən aşağı dinamikalardan biri hesab olunur.
İnflyasiya gözləntiləri və ümumi büdcə böyüməsi fonunda sosial müdafiə xərclərindəki bu cüzi artım ilk baxışdan "sosial ödənişlərdə artımlar dondurulacaqmı?" sualını doğursa da, məsələnin mahiyyəti büdcənin daxili strukturu və maliyyələşmə mexanizmi ilə bağlıdır.
Pensiya artımları mərkəzi büdcədən asılı deyil
İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanda pensiya öhdəliklərinin böyük hissəsi nərkəzi büdcədən yox, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müstəqil büdcəsi hesabına ödənilir.
Qanunvericiliyə əsasən, hər ilin əvvəlində pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq avtomatik indeksasiya edilir və artırılır. Bu artımın maliyyə mənbəyi isə ölkədə leqallaşan əmək müqavilələri və toplanan məcburi dövlət sosial sığorta haqlarıdır. Yəni vətəndaşların aldığı pensiya artımı mərkəzi büdcənin sosial xərc maddəsindəki 0,9%-lik göstəricidən asılı deyil.
DSMF-nin mərkəzi büdcədən asılılığı azalır
Sosial sığorta yığımlarının artması DSMF-nin özünümaliyyələşdirmə qabiliyyətini yüksəldir. Nəticədə, mərkəzi büdcədən Fondun kəsirini qapamaq üçün ayrılan transfertlərə (dotasiyalara) əlavə ehtiyac qalmır. Büdcədə sosial müdafiə xərclərinin artım tempinin aşağı görünməsinin başlıca səbəbi də budur: dövlət sadəcə olaraq mərkəzi büdcədən DSMF-yə əlavə maliyyə dəstəyi ayırmağa lüzum görmür, çünki Fondun öz gəlirləri pensiya indeksasiyalarını qarşılamaq üçün kifayət edir.
Passiv yardımlardan aktiv məşğulluğa keçid
Büdcənin bu bölməsindəki digər istiqamət - ünvanlı dövlət sosial yardımı və müavinətlərdir. Son illər sosial yardım sistemində rəqəmsallaşma, ünvanlılığın dəqiqləşdirilməsi və passiv sosial yardımlardan aktiv məşğulluq (özünəməşğulluq) proqramlarına keçid mərkəzi büdcədən birbaşa ayrılan vəsaitlərin optimallaşdırılmasına şərait yaradıb.
Bundan başqa, sosial xarakterli bəzi iri xərc istiqamətlərinin (məsələn, İcbari Tibbi Sığorta öhdəliklərinin) sosial müdafiə bölməsində deyil, "Səhiyyə" bölməsində əks olunması da ümumi mənzərəyə təsir edən amillərdəndir.
Beləliklə, mərkəzi büdcədə sosial müdafiə xərcləri üzrə qeydə alınan 0,9%-lik artım sosial sahədəki durğunluq kimi deyil, pensiya və sosial sığorta sisteminin mərkəzi büdcədən asılılığının azalması kimi qiymətləndirilməlidir. Vətəndaşların pensiyalarının indeksasiyası və nəzərdə tutulan sosial ödənişlər qanunvericiliyə uyğun olaraq DSMF-nin öz gəlirləri hesabına həyata keçirilməyə devam edəcək.("AzPolitika.info")
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 815 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 143 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 168 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 218 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
05.11.2026 241 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 238 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
05.11.2026 416 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 290 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 178