Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı

Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladıUzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb.

Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır.

Büttnerin sözlərinə görə, uzunömürlülük üçün mütləq intensiv idmanla məşğul olmaq lazım deyil. "Mavi zonalar"da yaşayan insanlar gün ərzində təbii şəkildə daha çox hərəkət edirlər. Gəzinti, bağçılıq, ev işləri və gündəlik fiziki fəaliyyət onların həyat tərzinin bir hissəsidir.

İkinci qayda isə karbohidratlardan tamamilə imtina etməməkdir. Mütəxəssis bildirir ki, uzunömürlü insanların qidalanmasında paxlalılar, tam taxıllar, mayalı çörək və yaşıl yarpaqlı tərəvəzlər kimi karbohidrat mənbələri mühüm yer tutur.

Büttner qida əlavələrinə də ehtiyatla yanaşmağı tövsiyə edir. Onun fikrincə, vitamin və digər qida maddələrini mümkün qədər müxtəlif və balanslı qidalanma yolu ilə almaq lazımdır. Qida əlavələri isə əsasən tibbi ehtiyac olduqda qəbul edilməlidir.

Digər tövsiyə sərt pəhrizlərdən və həddindən artıq yeməkdən uzaq durmaqdır. Büttner xüsusilə porsiyaların ölçüsünə diqqət etməyi və tam toxluq hissinə çatmadan yeməyi dayandırmağın faydalı ola biləcəyini bildirir.

Mütəxəssis son olaraq sosial əlaqələrin, kifayət qədər yuxunun və gündəlik həyatda məqsəd hissinin əhəmiyyətini vurğulayır. Onun sözlərinə görə, uzunömürlülüyü yalnız idman və qidalanma ilə əlaqələndirmək düzgün deyil, insanın sosial həyatı və gündəlik vərdişləri də mühüm rol oynaya bilər.//E-saglam.az


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 579   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 771
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 891
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 521
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

01.11.2026 718
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

01.11.2026 1196
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 371
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.