Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva açıqlayıb.
Onun sözlərinə görə, açıq havada gəzinti hamiləlik zamanı ən sadə, təhlükəsiz və faydalı fəaliyyət növlərindən biridir:
"Gündəlik 30-45 dəqiqəlik templi gəzinti toxumaların oksigenlə təmin olunmasını yaxşılaşdırır, həzm sisteminin fəaliyyətini tənzimləyir və qan dövranına müsbət təsir göstərir. Hamilə qadınlar üçün üzgüçülük, xüsusi gimnastika, hamilə yoqası və pilates uyğun idman növləri hesab olunur. Bu fəaliyyətlər əzələləri gücləndirir, onurğaya düşən yükü azaldır və doğuşa hazırlıq prosesinə kömək edir. Lakin qarın nahiyəsinə zərbə riski yaradan kontakt idman növləri, at sürmə və kəskin tullanmalar tövsiyə edilmir".
R.İsayeva bildirib ki, oturaq həyat tərzi isə hamiləlik zamanı müəyyən riskləri artıra bilər:
"Hamiləlik dövründə qan laxtalanma sistemi fizioloji olaraq daha aktiv vəziyyətə keçir. Uzun müddət hərəkətsiz qalmaq aşağı ətraflarda qan durğunluğuna, varikoz genişlənməsinə və tromboemboliya riskinin yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, kifayət qədər hərəkət etməyən qadınlarda həddindən artıq çəki artımı, hestasion diabet və doğuş fəaliyyətinin zəifləməsi daha çox müşahidə olunur. Sağlam gələcək ana bətnində formalaşır. Qadının hamiləlik dövründə qidalanmasına, fiziki aktivliyinə və gündəlik rejiminə göstərdiyi diqqət dünyaya gələcək körpənin sağlam inkişafı üçün ən mühüm amillərdən biridir".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 100 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?
Səhər yeməyini buraxmaq, xüsusilə səhərlər iştaha olmadıqda, zərərsiz vərdiş kimi görünə bilər. Lakin bu vərdiş günün qalan hissəsində orqanizmin qidaya reaksiyasına təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazır. Səhər yeməyi yeyilmədikdə orqanizm sadəc
31.08.2026 448 Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20.09.2026 130 "Nature Metabolism": Bir sıra xəstəliklərin risk əlamətləri səkkiz yaşdan etibarən ortaya çıxa bilər
Ürək, böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarının artmış inkişaf riskinin molekulyar əlamətləri səkkiz yaşlı uşaqlarda da ortaya çıxa bilər. "Report" xəbər verir ki, Hyustondakı Texas Universiteti Tibb Elmləri Mərkəzinin alimləri bu qənaətə gəliblər, onların işi "Natur
13.09.2026 247 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 410 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 305 Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 295 Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?
Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında
08.09.2026 388 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 253 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 333