PAŞA QƏLBİNUR: "Biz ən qiymətli olan gözümüzü, görmə orqanımızı həmişə qorumağa borcluyuq"

PAŞA QƏLBİNUR: "Biz ən qiymətli olan gözümüzü, görmə orqanımızı həmişə qorumağa borcluyuq"Göz sağlamlığı insan həyatında mühüm rol oynayır. Uzun müddət telefon və kompyuter ekranına baxmaq, düzgün qidalanmamaq, yuxu rejiminə əməl etməmək və mütəmadi göz müayinəsindən keçməmək görmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bəs gözlərimizi qorumaq üçün nələrə diqqət etməliyik və hansı hallarda həkimə müraciət etmək vacibdir?

Professor, Azərbaycan Tibb Universitetinin(ATU) Göz xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru Paşa Musayev Qəlbinur BiG.AZ-a açıqlaması zamanı göz sağlamlığının qorunması, görmə problemlərinin yaranma səbəbləri və profilaktik tədbirlərlə bağlı mühüm məqamlara toxunub:
PAŞA QƏLBİNUR: "Biz ən qiymətli olan gözümüzü, görmə orqanımızı həmişə qorumağa borcluyuq""Quru göz sindromu indi bütün dünyada bəlkə də ən birinci sıralarda olan göz xəstəliyidir. Onun ən əsas səbəbi sadə dildə əgər ifadə olunsa, geniş dinləyici kütləsi üçün havanın, atmosferin çirklənməsidir. Çünki insanlar hava okeanında olan canlılardır və bu okeanın havasının tərkibi zəhərlənməyə, çirklənməyə doğru dəyişəndə gözdə də quruluq əmələ gəlir, gözdə olan göz yaşı vəziləri irili-xırdalı onlar az gözyaşı ifraz edirlər ki, elə buna quru göz sindromu deyirlər. Belə şikayətlərdən biri də gözü ovuşdurmaqdır, bu da gözün zərif orqanlarının zədələnməsinə gətirib çıxarır.

Ona görə də quru göz sindromunda bu xəstəlikdən qorunmaq üçün profilaktik vasitələr var. Onlardan biri dünyada çox sayda istehsal olunan süni göz yaşlarından mütəmadi istifadə etmək, ikincisi gözü qoruyucu vasitələrdən qorumaq, məsələn ultrabənövşəyi şüaların güclü vaxtlarında gün eynəklərindən, qoruyucu eynəklərdən istifadə etmək lazımdır. Müxtəlif peşə sahibləri olan bu adamlar həmçinin qoruyucu eynəklərdən istifadə etməlidirlər.

Qaldı göz sağlamlığında qidalanmanın roluna, göz görmə orqanı insan əzalarından biridir, insanı var edən hissələrdən biridir. İnsanın səhhətində hansı problemlər olanda ilk növbədə zərif və çox vacib orqana öz təsirini göstərir. Ona görə sağlam qidalanma insanın sağlam ruhu üçün, sağlam səhhəti üçün nə qədər vacibdirsə, elə o qədər də görmə orqanına vacibdir. Çünki bədənin hər hansı bir yerində bir xəstəlik olanda onun izi,fəsadı gözdə olur. Beləliklə, biz ən qiymətli olan gözümüzü, görmə orqanımızı həmişə qorumağa borcluyuq"

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21.09.2026 249
.

Almaniya Baş Prokurorluğundan casusluq ittihamı

Almaniya Federal Baş Prokurorluğu Almaniya və Ukrayna vətəndaşı olan şəxsi xarici kəşfiyyat xidmətinin xeyrinə fəaliyyət göstərməkdə ittiham edib. xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Almaniya hakimiyyət orqanlarının məlumatına görə, İlona V.-nin hərbi və siyasi dairələrd

11:23 152
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21.09.2026 284
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

10:22 162
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Polnaya və Novoaleksandrovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

21.09.2026 234
.

Si Cinpin ABŞ-a gedir - Trampla görüşdə hansı məsələlər müzakirə olunacaq?

Çin Prezidenti Si Cinpin ABŞ-a dövlət səfərinə hazırlaşır. Sentyabrın 23-dən 25-dək davam edəcək səfər çərçivəsində Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşəcək. Vaşinqtonda keçiriləcək danışıqlarda iki ölkə arasında münasibətlərin gələcəyi, ticarət və texnologiya sahəsində fikir ayrılıqları, eləc

10:48 171
.

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik göndərib. xəbər verir ki, Rusiya liderinin təbrik teleqramı Ermənistan Baş nazirinin rəsmi saytında dərc olunub. Putinin mesajında deyilir: "Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasını

10:58 159
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

14:44 93
.

"Rabitəbank" tələbləri pozdu - AMB sərəncam verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib. "Qafqazinfo" AMB-yə istinadən xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanmas

14:44 125
.