Qışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova açıqlayıb.
Onun sözlərinə görə, bəzən valideynlər düşünürlər ki, uşaq soyuq havaya çıxsa, mütləq soyuqlayacaq:
"Amma burada əsas məsələ temperaturdan çox viruslarla təmasdır. Uşaqlarda soyuqdəymə, qrip və digər tənəffüs yolu infeksiyalarının əsas səbəbi viruslardır. Xüsusilə payız-qış aylarında uşaqlar daha çox qapalı, havasız və insanların sıx olduğu məkanlarda olduqları üçün virusların yayılması artır. Buna görə də hava imkan verirsə, uşağın hər gün açıq havada gəzməsi yaxşı vərdişdir. Ən düzgün yanaşma uşağı həddindən artıq qalın geyindirməməkdir. Uşaq qaçır, oynayır və hərəkət edirsə, çox qalın geyim onun tərləməsinə səbəb ola bilər. Tərlədikdən sonra üşüməsi isə narahatlığa səbəb ola bilər. Qeyd edim ki, ayaqlar, əllər və baş xüsusilə soyuq havada qorunmalıdır".
G. Salehova bildirib ki, uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, onun çölə çıxıb-çıxmaması barədə qərar vermək olar:
"Yüngül burun axması və ümumi vəziyyəti yaxşı olan uşaq qısa müddət açıq havada gəzə bilər. Amma yüksək hərarət, ciddi halsızlıq, nəfəsalma çətinliyi, güclü öskürək və ya ümumi vəziyyətin ağır olması zamanı uşağı gəzdirməkdənsə, istirahət və həkim qiymətləndirməsi daha vacibdir. İmmunitetin sağlam olması üçün əsas olan balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik, peyvəndlərin vaxtında aparılması və düzgün gigiyenadır. Ona görə valideynlərə tövsiyəm budur: hava soyuqdur deyə uşağı bütün gün evdə saxlamaq lazım deyil. Hava şəraitinə uyğun geyindirin, mümkün qədər açıq havada hərəkət etməsinə imkan verin və xüsusilə qapalı, havasız məkanlarda uzun müddət saxlamaqdan çəkinin. Əsas prinsip soyuq havadan qorxmayaq, uşağı hava şəraitinə uyğun geyindirək və onun ümumi vəziyyətini nəzərə alaq".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 94 Tarix: 26 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Nature Metabolism": Bir sıra xəstəliklərin risk əlamətləri səkkiz yaşdan etibarən ortaya çıxa bilər
Ürək, böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarının artmış inkişaf riskinin molekulyar əlamətləri səkkiz yaşlı uşaqlarda da ortaya çıxa bilər. "Report" xəbər verir ki, Hyustondakı Texas Universiteti Tibb Elmləri Mərkəzinin alimləri bu qənaətə gəliblər, onların işi "Natur
13.09.2026 294 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 463 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 382 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
06.09.2026 311 Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı
Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü
20.09.2026 261 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 388 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 286 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
11.09.2026 2432 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 446