Qan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir
"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər".
Oxu.Az xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib.
"Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlərə aşağıdakılar aiddir: ölçmədən əvvəl istirahət etməmək, bədənin yanlış vəziyyətdə olması, ölçmə zamanı danışmaq, prosedurdan əvvəl kofeinli içkilər qəbul etmək və siqaret çəkmək", - deyə mütəxəssis bildirib.
Mümkün qədər dəqiq nəticə əldə etmək üçün həkim prosedurdan 30 dəqiqə əvvəl siqaret çəkməməyi, qəhvə və tərkibində kofein olan digər içkilərdən imtina etməyi tövsiyə edib.
"Ölçmə zamanı sidik kisəsi və bağırsaqların boşaldılmasına ehtiyac olmamalıdır. Ölçmədən əvvəl stulda oturmaq və kürəyi ona söykəmək, ayaqları çarpazlamadan yerə qoymaq, manjetli qolu isə ürək səviyyəsində masanın üzərinə yerləşdirmək lazımdır. Bu vəziyyətdə təxminən beş dəqiqə sakit oturmaq, yalnız bundan sonra ölçməyə başlamaq tələb olunur. Prosedur zamanı danışmaq olmaz", - deyə kardioloq əlavə edib.
Bildirilir ki, qan təzyiqinin təxminən bir dəqiqə fasilə ilə iki dəfə ölçülməsi məsləhət görülür.
"Əldə olunan nəticələrin orta göstəricisi özünənəzarət gündəliyinə və ya xüsusi mobil tətbiqə yazılmalıdır. Nəzərə almaq lazımdır ki, ilk dəfə təzyiq hər iki qolda ölçülməli, sonrakı nəzarət üçün isə göstəricilərin daha yüksək olduğu qoldan istifadə edilməlidir", - deyə həkim fikrini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 705 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 771 Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24.10.2026 891 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 521 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 718 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 1196 Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16.11.2026 371 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838