İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Videoİspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.

Oxu.Az "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib.

"Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb", - deyə o, jurnalistlərə bildirib.

İspaniyanın keçmiş məşğulluq və sosial müdafiə naziri Fatima Banyes də Toledoda baş verən dəmiryolu qəzasında həlak olub.

15:39

İspaniyanın Toledo əyalətində (Kastiliya-La-Mança muxtar regionu) iki sərnişin qatarının toqquşması ağır nəticələrə səbəb olub.

Qəzada ölənlərin sayı 50-yə çatıb, 179 nəfər yaralı var.

Oxu.Az-ın məlumatına görə, hadisənin təfərrüatı "Antena 3" televiziya kanalında yayımlanıb.

Qeyd edək ki, oktyabrın 28-də səhər saatlarında Urda qəsəbəsi ərazisində iki qatarın iştirakı ilə insident qeydə alınıb. Hadisə zamanı qatarlardan birinə aid olan iki vaqon relsdən çıxıb.

14:51

İspaniya hökuməti ölkənin Toledo əyalətində (Kastiliya-La-Mança muxtar icması) iki sərnişin qatarının toqquşmasının insan səhvi səbəbindən baş verməsini ehtimal edir.

Oxu.Az xəbər verir ki, bu barədə "El PaÍs" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təhlükəsizlik sistemində yaranmış nasazlıqla əlaqədar olaraq "Adif" şirkətinin (dəmiryolu şəbəkəsinin operatoru - red.) operatorunun yol verdiyi insan səhvi qəzanın mümkün səbəbi ola bilər.

Nəşr vurğulayır ki, avtomatlaşdırılmış sistemdəki nasazlıq səbəbindən hərəkət dayandırılıb. Lakin hərəkətin bərpasına imkan verə biləcək əl idarəetməsinə keçmək cəhdi isə sonda fəlakətə gətirib çıxarıb.

Başqa mənbələr isə iddia edirlər ki, təhlükəsizlik sisteminin təmiri ilə məşğul olan işçi qatarların təhlükəli şəkildə yaxınlaşması barədə xəbərdarlıq etməyib.

Qeyd edək ki, qatarların toqquşması nəticəsində ən azı 46 nəfər həyatını itirib.

13:58

İspaniyada iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 46 nəfər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb.

Qəza yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə saat 12:00) Madrid-Əndəlüs yüksəksürətli magistralında, Urda dəmiryol stansiyasının yaxınlığında yerləşən Los-Yebenes və Urda yaşayış məntəqələri arasındakı ərazidə qeydə alınıb.

Qatarlardan birinin iki vaqonu relsdən çıxaraq aşıb və dəmir yolu xəttindən kənara düşüb. Hadisə şahidləri çox sayda insanın xəsarət aldığını bildiriblər. Əraziyə tibb işçiləri cəlb olunublar.

Hazırda hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir: xilasedicilər sərnişinləri zədələnmiş vaqonlardan çıxarır, həkimlər isə yaralılara ilkin tibbi yardım göstərirlər. Şahidlərin sözlərinə görə, xəsarət alanlar çoxdur, lakin onların dəqiq rəsmi sayı hələlik bəlli deyil.

"Renfe" şirkətindən verilən məlumata əsasən, Madrid, Syudad-Real və Əndəlüs istiqamətlərində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Dəmiryol operatorları sərnişinlər üçün əvəzedici marşrutlar təşkil edirlər.

Hakimiyyət orqanları qəzanın başvermə səbəblərini araşdırmağa başlayıb. Mütəxəssislər dəmir yolu xətlərinin vəziyyətini, siqnalizasiya sistemlərinin göstəricilərini və qatarların telemetriyasını yoxlayırlar.

Faciənin texniki nasazlıq və ya dispetçer xətası üzündən baş verməsi istisna edilmir.

Ölkənin Baş naziri Pedro Sançes həlak olanların yaxınlarına başsağlığı verib və hadisənin bütün detallarının dərindən araşdırılacağına söz verib. Günahkarların müəyyən edilməsi məqsədilə prokurorluq tərəfindən artıq cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 124   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə

28.10.2026 0
.

Moskvada həşəratlar üçün otel yaradıldı

Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas

28.10.2026 221
.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

28.10.2026 0
.

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya

28.10.2026 233
.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda

28.10.2026 330
.

Uşağa "yox" deməyi necə öyrətməli?

Yeddi yaşlı qız sinif yoldaşı iki dəfə xahiş etdiyi üçün sevimli oyuncağını ona verir. Çünki imtina etməyi ayıb hesab edir. Bir saat sonra isə otağında ağlayır. Halbuki heç kim oyuncağını sındırmayıb və ya zorla əlindən almayıb. Onun qardaşı isə oxşar vəziyyətdə sakit şəkildə "yox" deyir v

28.10.2026 186
.

Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?

Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə

28.10.2026 221
.

Putinlə danışan avropalı lider: Fikrini dəyişdirməyəcək

"Finlandiya Prezidenti Aleksandr Stubbla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə apardığımız telefon danışığının məqsədi Kreml rəhbərinə həm Avropanın, həm də ABŞ-nin mövqeyini çatdırmaq idi". Teleqraf xəbər verir ki, bunu Norveç Baş naziri Yonas Qar Stere deyib. Baş nazir bildirib ki

28.10.2026 155
.

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib

28.10.2026 1
.