Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyur

Azərbaycan-Vyetnam münasibətləri yeni dövrə qədəm qoyurAzərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi".

Bu fikirlər Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində yer alıb. Ümumən, müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin humanitar aspektlərini vurğulayan bir çox məqamlar var ki, yazımızda onlardan söz açacağıq. Nəzərə alaq ki, dövlətimizin başçısının Vyetnama səfəri xüsusunda bu məqamlar olduqca vacib və maraqlıdır.

Göründüyü kimi, Prezident İlham Əliyev diqqətə çatdırdığımız iqtibasda ikitərəfli münasibətlərin tarixindən söz açıb. Tarixi keçmiş isə gələcək üçün bir növ bazadır. O baza ki, müstəqillik illərində zənginləşdirildi. Buna görə də dövlətimizin başçısı Vyetnama 2014-cü ildəki səfərini və keçirdiyi görüşləri, o cümlədən Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini məmnuniyyətlə yada salıb.

Əlbəttə, sürətlə dəyişən dünyamızda münasibətlərin dinamizmini qorumaq üçün əməkdaşlıq son dərəcə vacibdir. Əməkdaşlıq, eyni zamanda, ənənələrin davamı baxımından zəruridir. Görünür, buna görədir ki, Prezdent İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfərini də xatırlayıb.

Ümumən, Azərbaycan-Vyetnam münasibətlərinin həqiqi strateji anlam daşıması humanitar əməkdaşlığa da müsbət təsirini göstərib. O əməkdaşlıq ki, xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynamaqdadır və bunu Prezident İlham Əliyev də vurğulayıb. Əlbəttə ki, Heydər Əliyev Fondunun mövcud istiqamətə müstəsna töhfəsini diqqətə çatdırmaqla.

"Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir", - deyən dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərinin əlaqələrin möhkəmləndirilməsində mühüm addım olduğunu bildirib. Məlum olduğu kimi, səfər zamanı xanım Əliyeva çoxsaylı səmərəli görüşlər keçirmiş, yardımlar etmişdi.

Prezident İlham Əliyev müsahibəsində xeyriyyəçiliklə yanaşı, Vyetnamla humanitar əməkdaşlığın mühüm qolunu təşkil edən elm və təhsil sahəsindəki əməkdaşlığın da üzərində dayanıb, hər iki ölkənin aparıcı universitetlərinin bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzaladıqlarını xatırladıb.

Dövlətimizin başçısı, həmçinin, Vyetnam nümayəndələrinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak imkanı qazandıqlarını deyərək, diqqəti akademik əlaqələrin tarixiliyinə yönəldib, sovet dövrünə ekskurs edərək, təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil almasından, bilik və təcrübələrini vətənlərinin rifahı naminə uğurla tətbiq etmələrindən söz açıb.

Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Vyetnam humanitar əməkdaşlığı ilə bağlı vurğuladığı bütün məqamlar müstəsna səciyyə daşımaqdadır. Bu məqamlar göstərir ki, iki ölkə arasındakı dostluq münasibətləri yüksələn xətt üzrə inkişafdadır. Ən başlıcası isə inkişaf üçün möhkəm təməl var. O təməl ki, mənbəyini səmimiyyətdən götürməkdədir. Səmimiyyət isə həm də mədəni yaxınlıq tellərindən və uyumdan qaynaqlanır. Ona görə də dövlətimizin başçısı qarşılıqlı mədəni fəaliyyətin təhsil əlaqələrini ahəngdar şəkildə tamamladığını dilə gətirir, müxtəlif misallar çəkir.

Sonda qeyd edək ki, vurğuladığımız cəhətlər Prezident İlham Əliyevin özünün Vyetnam səfərinin bu ölkə ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacağına əminlik yaradır. Onu da nəzərə alaq ki, dövlətimizin başçısının nəinki hər fikri, hətta hər sözü belə dərin fiksasiya təbiətinə malik fundamental yanaşma məhsulu olmaqla yanaşı, həm də rasional və proqmatik səciyyə daşıyır.

Metin Hüseynov
Siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 54   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə bir arada - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hanoyda Vyetnamın Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:35 58
.

Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimində tapşırıqlar icra olunub

Ölkəmizdə keçirilən "Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən stratej

19.11.2026 394
.

Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri

Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil. xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəl

19.11.2026 357
.

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub. "Qafqazinfo" "Müsavat"a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib. Qeyd edək ki, AIDA Azərbayca

19.11.2026 365
.

Tramp: 1 yanvardan sonra İranla münaqişədə nə baş verəcəyini görəcəyik

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barədə danışıb. Tramp "Fox News" telekanalına müsahibəsində deyib ki, qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra nə olacağını görəcəklər. "Onlar çox xoşagəlməz davranıblar", - Tramp vurğulayıb

19.11.2026 355
.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11:10 95
.

Zelenskidən Fransa ilə bağlı açıqlama: Kim qalib gəlsə də, əməkdaşlıq edəcəyik

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Marin Le Pen və ya Jan-Lük Melanşon seçkilərdə qalib gəlsə belə, Kiyev Fransa ilə əməkdaşlığı davam etdirəcək. xəbər verir ki, Zelenski bu barədə "Politico" nəşrinə müsahibəsində danışıb. Nəşr xatırladıb ki, Marin Le Pen daha əvvəl Ukraynanı

10:32 133
.

"Atlant"ın rəhbəri vəfat etdi

Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. Bizim.media-ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq

10:15 181
.

Azərbaycan-Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır

Azərbaycanın xarici siyasətində Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu çərçivədə Vyetnamla formalaşmış tarixi dostluğun müasir dövrün tələblərinə uyğun olaraq siyasi, iqtisadi və humanitar əməkdaşlıq müstəvisində inkişaf etdirilməsi xüsusi əhəmiyyə

11:41 23
.